Əsas Səhifə > Siyasət > İranda ETİRAZKAR: QADIN küçədə HİCABI AÇDI

İranda ETİRAZKAR: QADIN küçədə HİCABI AÇDI


19-06-2018, 10:50

İranın Qəzvin şəhərində hökumətin məcburi hicab siyasətinə etiraz edən aksiyaçılar küçədə baş örtüyünü açan bir xanıma dəstək verərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

Axar.az xəbər verir ki, aksiyaçılar baş örtüyünü açan xanımın polis tərəfindən tutulmasının qarşısını alıblar.

“Şir ürəkli qadınlara eşq olsun”, “Afərinlər sənə”, “Xameneiyə ölüm” və “Məcburi hicaba yox” şüarları səsləndirən aksiyaçılar hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə son qoyulmasını tələb ediblər.

Etiraz zamanı hər hansı bir aksiyaçının tutulması barədə məlumat yayılmayıb.


Geri qayıt