Əsas Səhifə > Siyasət > DEPUTAT ETİRAZ etdi: “Çatdıra biləcəksinizsə,

DEPUTAT ETİRAZ etdi: “Çatdıra biləcəksinizsə,


22-06-2018, 16:30

Ziyad müəllim, (Ziyad Səmədzadə) siz keçən dəfə də dediniz ki, yığışaq “Hesablama Palatası haqqında” qanun layihəsini müzakirə edək. Deputatların bu qanunla bağlı xeyli təklifləri var”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsinin yekununda deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov təklif edib ki, Hesablama Palatasının əsas vəzifəsi dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirməkdir. Ancaq qanun layihəsindəki “dövlət vəsaiti anlayışı” ifadəsi bu məsələnin üzərinə kölgə salır.

“Ziyad müəllim, əgər bu təkliflərə baxılmayacaqsa, bu qanun layihəsini plenar iclasa çıxarmağın mənası yoxdur. Mən fikrimdə qalıram. İndi deyin görə, çatdıra biləcəksinzsə, səs verək. Yox əgər çatdıra bilməyəcəksinizsə, səs verməyək”.

Komitə sədri Ziyad Səmədzadə Vahid Əhmədovun çıxışına belə cavab verib: “Onda biz yaxın günlərdə qeyri-rəsmi yığışaq və bu məsələni yenidən müzakirə edək”.


Geri qayıt