Əsas Səhifə > Siyasət > NATO–nun SONU ÇATIB? – Blokun siyasi
NATO–nun SONU ÇATIB? – Blokun siyasi23-07-2018, 15:19 |
“Donald Trampın Brüsseldə, Böyük Britaniyada və həmçinin də Helsinkidə keçirdiyi görüşlərindən sonra NATO və Transatlantik nizamından ortada nə qalıb? Əgər bu hadisəyə çəhrayı eynəklə baxsaq,onda elə düşünmək olar ki, Qərbin ən mühüm strateji alyansında hər şey qaydasındadır. Bəlkə də bu alyans hətta daha da güclənib.Ancaq reallıqda isə,NATO təhlükədədir və indi bu alyansın taleyi Trampın məsuliyyətsiz əllərindədir”. Bu fikirlər ABŞ-ın “Project Syndicate” nəşrində çap olunan məqalədə qeyd olunub. “AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir: “Həm NATO sammiti ərəfəsində, həm də sammitin gedişində alyans ölkələrinin hərbi xərclərinin həcmi ilə bağlı xeyli sayda şikayətlər səslənirdi. 2024-cü ilədək NATO ölkələri öz müdafiə xərclərini Ümumi Daxili Məhsullarının 2 faizi qədər yüksəldəcəklər. Lakin görünür ki, Tramp bu addımın məhz indi atılmasını istəyir. Son onilliklər ərzində NATO-nun əsas diqqəti bu blokun başlıca funksiyası olan ərazi müdafiəsinə deyil, planetin müxtəlif yerlərindəki sülhyaratma əməliyyatlarına yönəlib. NATO–ya daxil olan Avropanın əksər ölkələri üçün alyansın bu cür əməliyyatlarından gələn divident, onların öz milli hərbi xərclərinin azaldılmasına bəraət qazandırıb. Lakin bu yanaşmalar 2014-cü ildə dəyişdi. Həmin vaxt Rusiya Krımı ilahaq edərək, Şərqi Ukrayna ərazisinə hibrid hərbi müdaxilə həyata keçirdi. O vaxtdan indiyədək NATO ölkələrinin müdafiə büdcələri ildə təxminən 4 faiz artmağa başladı. Bunun sayəsində hərbi xərclərlə əlaqədar qarşıya qoyulan hədəfə 2024-cü ildə çatılacaq. NATO-nun kollektiv müdafiəsinin böyük yük payını ABŞ-ın öz çiyinlərində daşımasının ədalətsiz olması haqqında Trampın irəli sürdüyü iddia da hədsiz mübahisəlidir. Bütün NATO ölkələrinin birləşmiş hərbi büdcəsi ABŞ-ın hərbi büdcəsinn 72 faizi qədəridir. Amma ABŞ müdafiə xərclərinin dörddə üçünü Avropaya yox, başqa regionlara yönəlir. ABŞ hərbi büdcəsinin yarısı Sakit okean regionunda iştirakın dəstəklənməsinə xərclənir. Dörddə biri isə Yaxın Şərqdəki əməliyyatlara, həmçinin də strateji nüvə silahlarının idarə edilməsinə və müxtəlif sferalara sərf olunur. Bundan başqa yada salmaq lazımdır ki, son br neçə ildir ki, ABŞ Avropadakı öz hərbi xərclərini əhəmiyyətli şəkildə artırıb. Ancaq kontinentdəki əsas Amerikan gücləri və obyektləri real olaraq Hindistandan tutmuş Cənubi Afrikaya uzanan geostrateji qövsə doğru hədəflənib. ABŞ Ramşteyn, Ferford, Rota, Viçensa və Siqonella bazaları sayəsində digər regionlara hərbi güc daşınması üçün artıq çoxdandır ki, Avrpadan tranzit məntəqə kimi istifadə edir. ABŞ-ın Böyük Brtaniya və Norveçdə yerləşdirilmiş öncədən xəbərdarlıq və izləmə obyektləri Avropanın yox, ABŞ ərazisinin qorunması məqsədi daşıyır.
Nəhayət təsəvvür edin ki, Tramp bütün bunlara necə reaksiya verəcək.O, Putinə zəng vuraraq, nə baş verdiyini soruşacaqmı? Və Putin ABŞ istintaq orqanlarına nə baş verdiyinin anlaşılmasına kömək etmək məqsədəiylə daha bir ”inanılmaz təklif” verəcəkmi?
Geri qayıt |