Əsas Səhifə > Siyasət > Tillerson hücumun qarşısını
Tillerson hücumun qarşısını2-08-2018, 09:24 |
ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun vəzifədən hansı səbəbdən uzaqlaşdırıldığı məlum olub. Axar.az xəbər verir ki, "İntercept" xəbər portalının məlumatına əsasən, Reks Tillerson ötən ilin yazında Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin birgə Qətəri işğal etmək planının qarşısını alıb. Daha sonra isə Tillersonın bu iki ölkənin lobbi fəaliyyətləri nəticəsində vəzifədən azad olunduğu üzə çıxıb. Qeyd edək ki, daha öncə Tillersonun rusiyalı casusun İngiltərədə zəhərlənməsində Rusiyanı ittiham etməsi ilə bağlı vəzifədən kənarlaşdırıldığı söylənilirdi. Bundan əlavə, Venesuelaya hücum planına Tillersonun qarşı çıxdığı barədə məlumatlar yayılmış, onun bu səbəbdən istefaya göndərildiyi bildirilmişdi. Geri qayıt |