Əsas Səhifə > Siyasət > Trampdan Türkiyəyə qarşı DAHA BİR SƏRT ADDIM ı
Trampdan Türkiyəyə qarşı DAHA BİR SƏRT ADDIM ı10-08-2018, 22:52 |
ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan gömrük vergisini iki dəfə artırıb. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Tramp Tvitter səhifəsində yazıb. O bildirib ki, Türkiyə lirəsi sürətlə ABŞ dolları qarşısında düşür. Ölkələr arasında münasibətlərin hazırda yaxşı olmadığını vurğulayan Ağ Ev rəhbəri bundan sonra alüminium rüsumlarının 20%, polad rüsumlarının isə 50% olacağını deyib. Qeyd edək ki, 2017-ci ildə Türkiyədən ABŞ-a polad ixracatı 1 milyard dollar dəyərində olub. Geri qayıt |