Əsas Səhifə > Siyasət > Çinlə ABŞ arasında MÜHARİBƏ ÇIXARACAQ OLAY:

Çinlə ABŞ arasında MÜHARİBƏ ÇIXARACAQ OLAY:


12-08-2018, 17:15

Çinlə ABŞ arasında müharibə çıxaracaq olay: Cənubi Çin dənizi üzərində gərginlik

Çinlə ABŞ arasında Cənubi Çin dənizində gərginlik yaşanıb.

Publika.az xəbər verir ki, ABŞ donanmasının kəşfiyyat təyyarəsi Cənubi Çin dənizinin üzərindən uçduğu üçün bölgədə sənaye adaları quran Çindən xəbərdarlıq siqnalı qəbul edib.

CNN-in xəbərinə görə, ABŞ-ın hərbi təyyarələri “Bura Çindir. Yanlış anlaşılmanın qarşısını almaq üçün dərhal çıxın və uzaq durun” - xəbərdarlığını alıb. Bu xəbərdarlığa qarşılıq olaraq ABŞ tərəfindən “Bu ABŞ donanmasına aid, beynəlxalq hüququn icazə verdiyi, bütün dövlətlərin hüquq və vəzifələrinə hörmət edən hərbi fəaliyyətli bir təyyarədir” cavabını verib.

Qeyd edək ki, ABŞ ilə Çin arasında Cənubi Çin dənizi üzərində iddialar səbəbilə gərginlik var. Çin bu dəniz üzərində bütün hakimiyyəti əlinə alıb. Bruney, Malayziya, Tayvan, Filippin və Vyetnam kimi dəniz üzərində hüququ olan dövlətlər isə Çinin monopoliyasına etiraz edir.


Geri qayıt