Əsas Səhifə > Siyasət > Erməni lobbisi Merkelin Azərbaycana

Erməni lobbisi Merkelin Azərbaycana


17-08-2018, 12:22

 Image result for Merkelin Azərbaycana

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfər vaxtı müəyyən olub.

Belə ki, Almaniya kansleri avqustun 25-də Azərbaycana gələcək.

Lakin Almaniya kanslerinin Bakıya səfərinin tarixi bəlli olandan sonra ortaya maraqlı məqamlar çıxıb. Almaniyada yaşayan erməni lobbisi xanım kanslerin səfərinə əngəl olmağa çalışırlar.

AzerTaym.az-ın əldə etdiyi məlumata görə, erməni lobbisi bu məsələ ilə bağlı ciddi fəaliyyətə keçib. Merkelin səfərinə etiraz çağırışları edilib. Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti ermənilərin bu addımını pisləyib. Təəssüf ki, bəzi azərbaycanlılar ermənilərin çağırışlarını cavabsız qoymayaraq onlara qoşulmağa çalışır.

 Merkelin Azərbaycanla bağlı siyasi fəaliyyətinə etiraz edən ermənilərin məqsədi nədir?

 Xocalıdan olan deputat Elman Məmmədov Modern.az-a açıqlamasında bunu həmişəki kimi gözü götürməməklə əlaqələndirib.

“Angela Merkel Almaniya kimi bir dövlətin rəhbəridir. Bu cür dövlət xadimlərinin siyasi fəaliyyətini miqrantlar müəyyən etmir. Almaniya dövləti, alman xalqı var. Dövlətin özünəməxsus siyasəti, tarixi mədəniyyəti mövcuddur. Kimlərinsə etiraz edib çağırış etməsi heç nəyi həll etmir. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq. Düşmən də bunu istəmir.

Azərbaycanın günü-gündən artan nüfuzu, inkişafı, əlaqələri düşməni qıcıqlandırır və xar edir.. Ona görə də düşmən nəsə etməyə çalışır. Ancaq yaxşı olar ki, öz ölkələrinin, xalqlarının dərdini çəksinlər. Çünki çox pis gündədirlər. Hələ bundan da pis günə düşəcəklər. Ermənilər gedib Almaniyanın bir küncünə sığınıblar, Allah bilir nə işlə məşğuldurlar. Üstəlik Almaniyanın siyasətinə də müdaxilə edirlər ki, niyə Azərbaycana səfər edirsən?! Burada yenə də erməni xisləti, düşmənçiliyi özünü büruzə verir. Azərbaycan Avropanın enerji məsələlərində yaxından iştirak edir. Azərbaycanla Almaniya və digər ölkələrlə olan münasibətlər günü-gündən daha da yaxşılaşır. Ermənistan nə edəcək ki?! Dalana sıxılmış, təcrid olunmuş və acınacaqlı iqtisadiyyatları göz önündədir”

Elman Məmmədov bəzi azərbaycanlıların addımını pisləyib.

“Bəzi soydaşlarımızın erməni lobbisinin çağırışlarına qoşulması məyusedicidir. Dünyanın harasında  yaşamasından asılı olmayaraq soydaşlarımız hər yerdə Azərbaycan dövlətinin, xalqının yaxşılığı üçün çalışmalı, uğuruna sevinməlidirlər. Düşmənin göstərdiyi münasibəti onların da göstərməsi xoşagəlməzdir. Söhbət burada Azərbaycan xalqının milli mənafeyindən, uğurundan gedir. Buna sevinib də müsbət mənada töhfə vermək əvəzinə, başqa hərəkət etmək təbii ki, xoşagəlməzdir”


Geri qayıt