Əsas Səhifə > Siyasət > Ziyafət Əsgərov deputatlara İRAD tutdu:

Ziyafət Əsgərov deputatlara İRAD tutdu:


12-10-2018, 16:43

Parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatları səs verməyə çağırıb.

Modern.az-ın məlumatına görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun səsverməsi zamanı iclasa sədrlik edən Ziyafət Əsgərov yetərsayın olmadığını bildirib.

O, deputatları yenidən səsvermədə iştirak etməyə çağırıb.

Birinci vitse-spiker daha sonra iclas zalındakı səs-küyə görə də deputatlara irad tutub: “Zalda səs-küy var. Xahiş edirəm sakitliyə riayət edək!”.

Milli Məclisin bugünkü iclasına Ziyafət Əsgərov sədrlik edir.


Geri qayıt