Əsas Səhifə > Siyasət > Putinin dəhşətli PLANI, Sarkisyandan

Putinin dəhşətli PLANI, Sarkisyandan


23-10-2018, 08:44

Putinin dəhşətli PLANI, Sarkisyandan QARABAĞ GİZLİNLƏRİ.. – GÜNÜN SİYASİ XÜLASƏSİ

XİN Dağlıq Qarabağ bölgəsinə səfər edən fransalı meri “qara siyahı”ya daxil edəcək. Rusiya Ukraynaya qarşı sanksiyalar tətbiq edib. Moskva “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxmaq istəyən ABŞ-dan izahat istəyib. Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini açıqlayıb. Səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək. Bu barədə Fransanın Sent Etyen şəhərinin merinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərinə dair Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində deyilir.

 

Fransalı merin adı XİN-in "qara siyahı"sına salındı

 

Ermənistanda demoqrafik böhran getdikcə sürətlənir. İşğalçı ölkə həm miqrasiya, həm də doğuş sayının azalması nəticəsində ciddi təhlükə ilə üz-üzədir. Ekspertlər Ermənistanla müqayisədə Azərbaycanın demoqrafik və hərbi sahədə sürətlə gücləndiyinə diqqət çəkir. Rusiyalı ekspert Dmitri Verxoturov Ermənistanda əhalinin azalmasının sürətlə gedəcəyini hesab edir.

“Erməni demoqrafiyası diasporla maskalanır. Yəni gedənlər erməni diasporu olur və lazım olanda onlar geri qayıdacaq. Bu, böhranı ört-basdır etmək üçün yaradılan maskadır. Ümumiyyətlə Qarabağda müharibə zamanı Azərbaycan və Ermənistan arasında demoqrafik müqayisə aparmağın mənasız olduğunu düşünürəm. Birincisi, əhalinin sayına görə Azərbaycan aşkardır, ikincisi, Azərbaycanın iqtisadi göstəriciləri müqayisəedilməzdir. Lakin müharibələr təkcə demoqrafiya ilə qazanılmır. Çağırışçı kontingent əhəmiyyətlidir, amma bu qələbə üçün əsas deyil. Müasir müharibəni artilleriya qazanır, daha dəqiq desək, topların və təyyarələrin üstünlüyü. Azərbaycanın potensial artilleriya sistemi, ümumilikdə hərbi gücü Ermənistanla müqayisə edilə bilməz. Qarabağda baş verə biləcək müharibədə Ermənistan Azərbaycanı artilleriya sistemləri və təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək, sadəcə olaraq, məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində Azərbaycanın qələbəsi ilə bitəcək”, - deyə o bildirib.

“ABŞ Gürcüstan və NATO arasındakı ittifaq münasibətlərindən istifadə edərək hərbi gəmilərini Qara dənizdə yerləşdirməyə çalışır. Vaşinqton həmçinin, Şərqi Anadoluda öz bazalarını yaratmağa çalışacaq. Bunun üçün Türkiyədən bir sıra limanları tələb edə bilər. Bununla yanaşı, Bakıya da yeni təkliflər verilə bilər”. Bu barədə rusiyalı politoloq Sergey Markedonov deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı prinsipial olaraq Cənubi Qafqazda da vəziyyəti dəyişdirə bilər.

“ABŞ bölgədə faktiki olaraq təsir imkanlarını itirir. Azərbaycan Vaşinqtonla əməkdaşlıq edir, özünün qlobal enerji layihələrini reallaşdıraraq, Avropanın enerji təhlükəsizliyinin zamini kimi çıxış edir. ABŞ prezidentinin müşaviri Con Bolton Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim edə bilər. ABŞ anlayır ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tezliklə çıxarmaq alınmayacaq, buna görə də Bakıya tərəf əyilir”, - deyə o bildirib.

“Dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”. Bu barədə erməni politoloq Armen Sarkisyan deyib.

 

Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ - Sarkisyan GİZLİNLƏRİ AÇDI

 

Ermənistan İranla Avrasiya İttifaqı arasında etibarlı ticarət əlaqələrinin qurulmasında effektiv platforma olmağa hazırdır. Bunu Avrasiya Həftəsi Forumunda çıxışı zamanı Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

“Ermənistan Avrasiya İttifaqının İranla quru sərhədi olan yeganə üzvüdür. Meğri azad iqtisadi zonası ticarət əlaqələrinin inkişafı üçün əlavə stimul verir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-ın İrəvana İranla ticarət məsələsində heç bir güzəşt tətbiq etməyəcəyini deyib. O, xüsusilə İranla ticarət əlaqələri quran şirkətlərin ABŞ sanksiyalarından yaxalarını qurtara bilməyəcəyini vurğulayıb.

Bir sıra ekspertlər də Boltonun İrəvana səfəri zamanı əsas müzakirə mövzusunun Ermənistanın İranla bağlı mövqeyini öyrənmək olacağını bildiriblər. Məhz bunun əsasında ABŞ hökumətinin Ermənistana yönəlik siyasətini müəyyənləşdirəcəyi açıqlanıb.

Müxalif jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda boğaraq öldürülməsi təxmin edilir. Bu haqda anonim məmura istinadən “ABC News” telekanalı bildirib.

 

“Yardım çağırdığı zaman...” - Qaşıqçını belə öldürdülər – ŞOK DETALLAR

 

Qaşıqçı cinayətində sui-qəsd planının başında gələn ilk şübhəli Maher Əbdüləziz Mutreb jurnalist Camal Qaşıqçını öldürdükdən sonra 4 dəfə vəliəhd şahzadə Məhəmməd bin Salmanın ofis müdürünə zəng edib. Zəng etdiyi şəxsin isə şahzadənin ofis müdiri Bədr əl Asakir olduğu məlum olub. Asakir vəliəhd şahzadənin "qara qutusu" kimi tanınır.

 

Qaşıqçını öldürən şəxs qətldən sonra Vaşinqtonda kimə zəng etdi? - ŞOK - FOTO/VİDEO

 

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçı öldürülməzdən əvvəl onunla telefonla danışıb. Şahzadə onu dilə tutaraq Səudiyyə Ərəbistanına qaytarmağa cəhd göstərib. Ancaq Camal Qaşıqçı Səudiyyə Ərbistanında həbs ediləcəyindən və öldürüləcəyindən ehtiyatlanaraq, onun təklifindən boyun qaçırıb.

Jurnalist bundan sonra qətlə yetirilib.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxış imkanını şərh edib. Lavrovun sözlərinə görə, bu sahədə istənilən hərəkət əks təsirlə qarşılaşacaq.

 

Lavrov: “ABŞ-a cavab vermək məcburiyyətindəyik”

 

Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini açıqlayıb. O, bu barədə “Valday” müzakirə klubunun iclasında danışıb.

Peskov Prezident Vladimir Putinin bu barədə açıqlamasını ictimaiyyətə çatdırıb:

“Rusiya doktrina səviyyəsində müdafiə hazırlığı xarakterli nüvə təlimləri keçirmək hüququnu özündə saxlayır. Lakin Putin bildirir ki, Rusiya heç kəsə hücum etməyəcək. Amma hücuma məruz qalarsa, lazım olan tədbirləri görəcək. Bunu başa düşmək çox vacibdir”.

Keçən həftə Putin “Valday” müzakirə klubunda Rusiyanın nüvə təliminin konsepsiyası barədə danışmışdı. O, nüvə silahlarının istifadənin qlobal fəlakətə bərabər olduğunu vurğulamışdı: “Moskva bu fəlakətin təşəbbüskarı ola bilməz”.

Rusiyaya qarşı nüvə silahından istifadə edilməsi ehtimallarından danışan Vladimir Putin, təcavüzkardan intiqam almağın qaçılmaz olduğunu, onun məhv ediləcəyini demişdi.

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşları və hüquqi şəxslər barəsində “Ukraynanın düşməncəsinə hərəkətləri ilə” əlaqədar xüsusi iqtisadi ölçülər haqqında fərman imzalayıb. Bu haqda Kremlin saytında bildirilir.

Prezident barəsində məhdudiyyətlər tətbiq ediləcək fiziki və hüquqi şəxslərin siyahısının müəyyən edilməsi haqqında hökumətə tapşırıq verib.


Geri qayıt