Əsas Səhifə > Siyasət > TRAMP jurnalisti

TRAMP jurnalisti


8-11-2018, 11:43

Tramp jurnalisti TƏHQİR ETDİ

ABŞ prezidenti Donald Trampın Konqresin aralıq seçkilərindən sonra Ağ Evdə təşkil etdiyi mətbuat konfransında gərgin anlar yaşanıb.

"AzerTaym.az publika.az-a istinadla xəbər verir ki, prezident ilə "CNN" telekanalının müxbiri Cim Akosta arasındakı mübahisə seçkidən sonra təşkil edilən toplantıya damğa vurub.

"CNN"nin onun haqqında mütəmadi olaraq mənfi rəylər və yalan xəbərlər verdiyini deyən Tramp müxbirin qaçqınlarla bağlı sualına əsəbiləşərək cavab verib: "Dürüstcə deməliyəm ki, qoy mən ölkəni idarə edim. Siz də CNN-ni işə salın. Və sən yaxşı işləsən, reytinqlər daha yüksək olacaq ", - deyə Tramp əlavə edib.

Cim Akostanın başqa sual vermək istəməsi isə Trampı özündən çıxarıb və o, kürsüdən bu sözlərlə uzaqlaşıb: "Bu qədər kifayətdir. Bu qədər kifayətdir. Məni bağışlayın, bu qədər kifayətdir".

Jurnalistin mikrofonu yerə qoymasından sonra prezident yenidən kürsüyə yaxınlaşıb. O, "CNN"nin müxbirinə "Sən bərbad insansan, "CNN" üçün işləməməlisən" ifadələrini deyib.

Toplantıda başqa bir gərginik isə yaponiyalı jurnalistlə yaşanıb. Tramp sual verməyə başlayan jurnalistin sözünü öncə "haralısan?" deyərək kəsib, daha sonra isə "Şinzoya salam de" deyərək müxbirin çıxışına müdaxilə edib. Yaponiyalı jurnalist Trampın bu sözlərini gülüşlə qarşılayıb, prezident isə ona sualını anlamadığını deyib.


Geri qayıt