Əsas Səhifə > Siyasət > RƏSMİ BAKIDAN Avropa İttifaqına
RƏSMİ BAKIDAN Avropa İttifaqına22-11-2018, 13:14 |
“Bu məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Nümayəndəliyi tərəfindən araşdırılır”. Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTaym.az-a Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə xəbərlərə münasibət bildirilərkən qeyd edilib. Qeyd edək ki, 10-12 dekabrda Tiflisdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik Məclisi keçiriləcək. Bu barədə Forumun saytı məlumat yayıb. Ancaq Tiflisdə "Şərq Tərəfdaşlığı" himayəsi altında keçiriləcək tədbirə Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməyib.
Geri qayıt |