Əsas Səhifə > Siyasət > Milanda baş tutmuş GÖRÜŞLƏ BAÖLI Elmar Məmmədyarovun

Milanda baş tutmuş GÖRÜŞLƏ BAÖLI Elmar Məmmədyarovun


6-12-2018, 06:47

Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

Musavat.com xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb".


Geri qayıt