Əsas Səhifə > Siyasət > ƏRDOĞAN YENİ ƏMƏLİYYATIN MESAJINI VERD
ƏRDOĞAN YENİ ƏMƏLİYYATIN MESAJINI VERD13-12-2018, 15:41 |
«AzPolitika.info»-nun Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyada terrorçu kürd qruplaşmalarına (YPG, PKK) silah göndərir. Onun sözlərinə görə, Vaşinqton terrorçulara dəstək verir və bu zaman Türkiyəni bunun əksinə inandırmağa çalışır. Sözlərinin təsdiqi kimi, Ərdoğan Türkiyə Silahlı Qüvvələri tərəfindən saxlanılmış terrorçulardan ABŞ silahlarının götürülməsi faktlarını önə çəkib.
Ankarada müdafiə sənayesinin inkişafına həsr olunmuş iclasda çıxışı zamanı o, ABŞ-a Suriyada birgə əməliyyatlar keçirməyi təklif edib. Türkiyə Prezidenti həm də Donald Trampı Mənbic məsələsində öz öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb. Belə ki, ABŞ Mənbici bir ay ərzində YPG terrorçularından təmizləyəcəyini vəd etmişdi. Ancaq bunu reallaşdırmayıb. Ərdoğan Türkiyənin yaxın bir neçə gün içində Fəratın cənubunda məskunlaşmış PYD-YPG terrorçularına qarşı geniş miqyaslı əməliyyatlara başlayacağını bəyan edib.
Geri qayıt |