Əsas Səhifə > Siyasət > Hüquq müdafiəçiləri MEHMAN HÜSEYNOVla

Hüquq müdafiəçiləri MEHMAN HÜSEYNOVla


8-01-2019, 23:49

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov hazırda həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüb.

Musavat.com xəbər verir ki, S.Məmmədov bu barədə sosial şəbəkədə məlumat verib. O, M.Hüseynovla çəkdirdiyi fotosunu “Mehmanın icazəsi ilə” qeydi ilə yayıb və sözügedən görüşün bir saat öncə baş tutduğunu bildirib. 

Fotoda M.Hüseynovun görüntüsü normaldır. Musavat.com əməkdaşı görüşün təfərrüatlarını öyrənmək üçün S.Məmmədovla əlaqə saxlamağa çalışsa da, buna nail olmayıb.

Qeyd edək ki, sözügedən görüşdə hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Səadət Bənənyarlı və Rauf Zeyni də olub.

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Milli QHT Formunun prezidenti Rauf Zeyni Azvision-a açıqlamasında deyib ki, Mehman Hüseynovun vəziyyəti yaxşıdır: "O, özünü normal hiss edir, heç bir problemi yoxdur”.

O, bildirib ki, M.Hüseynov bu gün atası ilə də görüşüb: “Mehman bu gün atası, Qırmızı Xaç Komitəsinin, digər beynəlxalq təşkilatların, o cümlədən Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri ilə görüşüb. Mehmanın saxlanma şəraiti, yemək və digər məsələlərlə bağlı narazılığı yoxdur. Səhhəti yaxşıdır. Həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı bir az da qaydasına düşsün. Bizimlə bir saatdan artıq görüşdə səhhətindən şikayət etmədi”.

Mövzunu davam etdirəcəyik.

 


Geri qayıt