Əsas Səhifə > Siyasət > MİLLƏT VƏKİLİ İRAN SƏFİRİNƏ AÇIQ MƏKTUB YAZDI
MİLLƏT VƏKİLİ İRAN SƏFİRİNƏ AÇIQ MƏKTUB YAZDI9-02-2019, 18:27 |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəyə açıq məktub yazıb. Məktubda deyilir: “Hörmətli cənab Səfir, Hörmətli Cavad bəy, İİR ilə Azərbaycan xalqının səmimi dostluğu İranda, öz ata-baba yurdlarında yaşayan Azərbaycan türklərinin hüquqlarına hörmət göstərilməsindən, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salan, torpaqlarımızın 20%-ni işğal edən, islam və Azərbaycanın milli mədəniyyətinə aid minlərlə abidəni, muzeyləri dağıdan işğalçı Ermənistanla münasibətlərinizin səviyyəsindən asılıdır. Ümid edirəm bu sadə həqiqəti ölkənizin müvafiq rəsmilərinə çatdıracaq, Abbas Lisaninin hüquqlarının bərpa olunmasına öz tövhənizi verəcəksiniz. Hörmətlə,
Geri qayıt |