Əsas Səhifə > Siyasət > MERAL AKŞENER: “Türk millətinə başsağlığı

MERAL AKŞENER: “Türk millətinə başsağlığı


28-02-2020, 09:40

Türkiyənin tanınmış siyasıtçisi, İYİ Partiyanın lideri Meral Akşener Azərbaycan Xalq Hərəkatının liderlərindən biri, Azərbaycanın daxili işlər naziri olmuş İsgəndər Həmidovun vəfatı ilə bağlı başsağlığı mesajı yayınlayıb.

"AzerTaym.az" turkustan.info-ya istinadən xəbər verir ki, mesajda deyilir:

"Rəhmətlik Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Azərbaycanda daxili işlər naziri vəzifəsini icra etmiş, dəyərli vətənsevər İsgəndər Həmidovun vəfatını dərin bir üzüntü ilə qarşıladım. Ona Cənabi-haqqdan rəhmət, ailəsinə, sevənlərinə və Türk millətinə başsağlığı diləyirəm."


Geri qayıt