Əsas Səhifə > Siyasət > FAİQ ƏMİRLİ inzibati qaydada HƏBS

FAİQ ƏMİRLİ inzibati qaydada HƏBS


9-04-2020, 14:52

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli inzibati qaydada həbs edilib.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Faiq Əmirli barəsində 30 sutka inzibati həbs qərarı verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib.


Geri qayıt