Əsas Səhifə > Siyasət, Slayd > İKİ İCRA BAŞÇISININ “VURDUĞU” DEPUTAT – Elmar Vəliyevlə toqquşan YAP-çı namizədin seçki dramı
İKİ İCRA BAŞÇISININ “VURDUĞU” DEPUTAT – Elmar Vəliyevlə toqquşan YAP-çı namizədin seçki dramı23-09-2015, 00:30 |
Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkisində YAP-ın siyahısı ilə önə çıxarılan bəzi namizədlərin formal xarakterli olmaları diqqəti çəkir. Hətta bu namizədlərin bəzilərinin seçkinin gedişatına uyğun olaraq geri çəkiləcəkləri də ən ciddi dairələrdə müzakirə olunmağa başlayıb. Mənbə deyir ki, sentyabrın əvvəlində isə ona doğulduğu rayondan – Yevlaxdan namizəd olacağının siqnalı verilib:“Daha dəqiqi, deputat Qaradağdan “vurulması”ndan sonra öz rayonuna – 48 saylı Yevlax seçki dairəsindən namizəd olmaq istədiyini müəyyən dairələrin diqqətinə çatdırıb. Ona ilkin olaraq bu dairədən söz də verilib. Lakin Ağalar Vəliyev bu dəfə də Gəncənin icra başçısı Elmar Vəliyevin “otkaz”ı ilə üzləşib.Elmar Vəliyev doğma rayonunda onu deyil, Yevlaxda icra başçısı olduğu dövrdə yüksəlişini təmin etdiyi rayon xəstəxanasının baş həkimi, hazırda da rayonun deputatı olan İlham Məmmədovun namizəd olacağını bəyan edib. YAP da Elmar Vəliyevin bu tələbinin qarşısında geri çəkilərək, məhz Yevlaxın hazırkı deputatının adını siyahıya salmağa məcbur oldu. Bununla da deputat Ağalar Vəliyev qısa müddətdə ikinci dəfə sarsıdıcı zərbə aldı. Aldığı bu sarsıdıcı zərbələr isə onda ciddi xəyal qırıqlığı yaradıb“. Mənbə bildirir ki, üzləşdiyi xoşagəlmz zərbələrdən sonra aşağılandığını və “arzuolunmaz fiqur” olduğunu düşünən Ağalar Vəliyev, etiraz olaraq hazırda namizəd göstərildiyi dairədən geri çəkilmək niyyətini də gizlətməyib:”Onun bir neçə dəfə “əgər məni istəmirsinizsə, heç seçkiyə getmirəm” dediyi də faktdır. Lakin onu inandırıblar ki, daha belə aşağılanmış durumla üzləşməyəcək. Yəni, indi namizəd olduğu dairələrin heç birindən ona problem yaradıla bilməz. Maraqlıdır ki, bu vədlər də onun küskünlüyünü təmin etməyib. O, həddən artıq ruh düşkünlüyü içindədir”. Gəncənin icra başçısı Elmar Vəliyevin Ağalar Vəliyevə qarşı belə kəskin münasibətinə gəldikdə isə, müsahibimiz “Onların hər ikisi əslən Qərbi Azərbaycan kökənlidir. Hər ikisinin ailəsi Yevlaxa ötən əsrin əvvəlində köçüblər. Lakin həmyerli olmalarına baxmayaraq, onların Yevlaxdakı maraqları zaman-zaman ciddi şəkildə toqquşub. Hətta Elmar Vəliyev Gəncəyə başçı təyin olunduğu ərəfədə Ağalar Vəliyev hakimiyyət daxilindəki bəzi qrupların dəstəyi ilə Yevlaxa özünə yaxın olan bir məmurun başçı göndərilməsinə də çalışıb. Lakin Elmar Vəliyev bu dəfə də Ağalar Vəliyevə gücünü göstərərək, öz adamı – Qoca Səmədovun təyinatına nail oldu. O vaxtdan isə bunların arasındakı passiv qarşıdurma aktiv frazaya keçib. Elmar Vəliyev ötən illər ərzində hətta Ağalar Vəliyevin adamlarını da Yevlaxda sıxışdırıb. Bəzilərinin obyektlərini isə sökdürüb”, -deyə, bildirib.
Geri qayıt |