Əsas Səhifə > Siyasət > ABŞ Dövlət katibi rusiyalı nazirlə müzakirə
ABŞ Dövlət katibi rusiyalı nazirlə müzakirə7-05-2020, 00:15 |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. Məlumata əsasən, telefon danışığı zamanı tərəflər iki ölkənin koronavirusla mübarizədə qarşılıqlı fəaliyyətini müzakirə ediblər: "Koronavirus pandemiyası ilə mübarizə kontekstində BMT rəhbərliyinin və digər çoxtərəfli təşkilatların çağırışlarına uyğun olaraq beynəlxalq ictimaiyyətin bütün üzvlərinin səylərini birləşdirməyin zəruriliyi nəzərə alınmaqla, iki ölkənin bu sahədə qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib". Geri qayıt |