Əsas Səhifə > Siyasət, Slayd > İlham Əliyev prokurorları təltif etdi
İlham Əliyev prokurorları təltif etdi30-09-2015, 20:55 |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif edilsinlər: “İgidliyə görə” medalı ilə: Abdullayev Abdulla Həndəm oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə: Abbasov Müşfiq Elman oğlu Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib: Rəcəbov Nazim Hafiz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi Abbasov Elşən Akif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Məcidov Ramil Abbas oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Məmmədov Anar Rəhim oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi Geri qayıt |