Əsas Səhifə > Siyasət > Türkiyə düşməni olan namizədə böyük ŞOK! – Makronun partiyası

Türkiyə düşməni olan namizədə böyük ŞOK! – Makronun partiyası


29-06-2020, 20:16

Hurriyyet.org xəbər verir ki, Fransada dünən keçirilən yerli seçkilərdə prezident Emmanuel Makronun “Respublika İrəli” (LREM) partiyası böyük məğlubiyyətə uğrayıb. Partiyanın böyük şəhərlərdəki namizədləri seçkilərdə uduzublar. Məğlublar arasında Türkiyə əleyhdarı, 2017-ci ildə seçilmiş parlamentin millət vəkili Sonia Krimi də var.  O, bu dəfə keçirilən seçkilərdə Şerburd kommunasından namizəd olub və səslərin cəmi 8%-ni toplaya bilib. Fransız millət vəkili Sonia Krimi ötən ildə Türkiyənin Antalya şəhərində keçirilən NATO sammitində 1915-ci il hadisələri barəsində Türkiyəyə qarşı çıxış eləmiş, onun sözlərinə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cavab vermişdi.

Krimi ötənilki iclasda, TBMM sədri Mustafa Şentopun qondarma “erməni soyqırımı”na qarşı tənqidlərindən “şoka düşdüyünü” söyləyərək demişdi: “Tarix qaliblər tərəfindən yazılmırmı? Bir çox ölkə üçün PKK terrorçu deyil, lakin, sizin üçün belədir. Buna diqqət yetirməlisiniz”.

Bu sözlərdən sonra xarici işlər naziri M.Çavuşoğlu demişdi: “Hansı dar biliklərinizlə tarix məsələsində bu qədər qəti qərar verirsiniz? Bu qədər məlumatsızlığa rəğmən qərar verməyin bircə səbəbi var, o da populizmdir. Təəssüf ki, sizin prezidentiniz də populizmə məğlub olub. Soyqırımı və tarix məsələsində Türkiyəyə dərs verə biləcək ən axırıncı ölkə Fransadır. Çünki Ruanda da, Əlcəzairdə olanları unutmamışıq. Fransa əvvəlcə öz qaranlıq tarixinə baxsın, sonra Türkiyəyə dərs versin. Sizlər belə təpədən baxmağa davam etdikcə, biz də sizin həddinizi bildirməyə dava edəcəyik”.

Krimi bu sözlərdən sonra salonu tərk elədikdə Çavuşoğlu demişdi: “Həqiqəti eşitməyi xoşlamırsınız. Biz həqiqəti deməyə davam edəcəyik”.

Fransada bazar günü keçirilmiş yerli seçkilərin ikinci turunda prezident E.Makronun partiyası ağır məğlubiyyətə uğrayıb. Yaşıllar başda olmaqla sol partiyaların yaratdıqları ittifaqlar zəfər qazanıb. Yaşıllar Lion, Strasburq, Marsilya və Bordo kimi böyük şəhərlərdə qalib gəliblər.

Paytaxt Parisdə isə hazırda vəzifədə olan bələdiyyə sədri, sosialist Anne Hidalqo, səslərin 50 faizə qədərini alaraq, seçkinin qalibi olub.


Geri qayıt