Əsas Səhifə > Siyasət > Qurban Məmmədova bəxşiş edilən mülklərin
Qurban Məmmədova bəxşiş edilən mülklərin4-09-2020, 23:28 |
Bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərlə bağlı yeni məlumatlar əldə etmişik. “Qafqazinfo” xəbər verir ki, Q.Məmmədov Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənovla sövdələşməyə gedərək saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib. Belə ki, 2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində əmlakın verilməsi ilə razılaşmayıb. Onunla bu məsələdə sövdələşməni Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov və FHN-in Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin idarə rəisinin müavini İbrahim Hüseynov aparıblar. Daha sonra Əli Həsənov Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb. Yeri gəlmişkən, Əli Həsənovla Abdin Fərzəliyevin yaxınlığı sirr deyil. Dəfələrlə müəmmalı və gizli şəkildə Rusiyaya birgə səfər ediblər. Keçən ilin may ayında həm Həştərxana, həm də Moskvaya qeyri-rəsmi məxfi səfər ediblər. Qeyd olunur ki, orada gizlin danışıqlar aparıblar. Alkaponi adlı və kriminal keçmişi olan bir adamı qanunsuz olaraq Rusiyanın müvafiq orqanları ilə sövdələşməyə girərək Rusiyada Azərbaycan diasporunun rəhbəri elan edilməsini razılaşdırıblar. Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295.5 kvadrat metr ərazi əldə edib. Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur. Bu məqamda Qurban Məmmədov və onun ailəsinin mülklərinin siyahısını təqdim edirik: Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qurban Məmmədovun Əli Həsənovun patronajlığı altında əldə etdiyi əlavə sərvətləri, mülkiyyət və əmlakların siyahısını dəqiqləşdiririk. Bütün bu faktlar onu göstərir ki, Qurban Məmmədov Əli Həsənovun ciddi dəstəyi olmadan bu qədər sərvəti və var dövləti əldə edə bilməzdi. Əli Həsənov Qurban Məmmədovu maliyyələşdirib və onun söyüş kampaniyasının arxasında durub. Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən Qurban Məmmədovun saxta yollarla öz əmlakını 480 kvadrat metr yazdırması, adı keçən dövlət məmurları ilə sövdələşərək pul ödəmədən 1300 kvadrat metr əmlak əldə etməsini araşdırılmalıdır.
Geri qayıt |