Əsas Səhifə > Siyasət > Ermənistan yeni hərbi cinayətlərə

Ermənistan yeni hərbi cinayətlərə


14-10-2020, 15:22

 “Azərbaycan dronu Ermənistanın “İsgəndər”ini məhv etdi” - “Avia.Pro.”

Ermənistan Azərbaycana qarşı yeni hərbi cinayətə hazırlaşır. Yenisabah.az xəbər verir ki, bu, rəsmi İrəvandan verilən açıqlamalardan aydın şəkildə sezilir.

Ermənistan Müdafiə Nazirliyinin bu ölkəyə məxsus ballistik raket kompleksinin sıradan çıxarılması ilə bağlı bəyanatı buna ən yaxşı nümunədir.

Məlumat üçün deyək ki, Azərbaycan Hərbi Hava Qüvvələri Ermənistan ərazisində start vəziyyətinə gətirilən və Gəncə ilə Mingəçevirə tuşlanan raket kompleksini məhv edib. İrəvan bunu Bakının Ermənistana aqressiyası kimi təqdim etməyə çalışır. Əslində isə Azərbaycan bu addımı ilə yeni hərbi cinayətin qarşısını alıb.

Ermənistan Müdafiə Nazirliyi buna cavab olaraq Azərbaycanın şəhər və rayonlarında yerləşən hərbi infrastrukturuna zərbələr endirilə biləcəyini bəyan edib.

Ermənistanın istifadə etdiyi taktiki ballistik raketlər hərbi hədəfləri vurmaqda çətinlik çəkir. Bu baxımdan müasir müharibələrdə bu raketlərdən istifadə olunmur. Ermənistanın məqsədi isə hərbi hədəfləri deyil mülki vətəndaşları və obyektləri vurmaqdır.  Oktyabrın 12-də Gəncəyə raket atılması buna misal ola bilər. Həmin hadisə nəticəsində 9 nəfər mülki vətəndaş həlak olub, 30 nəfər isə yaralanıb.

Bu baxımdan, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın şəhər və rayonlarında hərbi obyektlərə zərbə endirilə biləcəyi barədə bəyanatı növbəti hərbi cinayətə hazıqlıq kimi qiymətləndirilməlidir.

 


Geri qayıt