Əsas Səhifə > Siyasət > Ərdoğandan Putinə kritik ZƏNG

Ərdoğandan Putinə kritik ZƏNG


14-10-2020, 23:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ərdoğan Türkiyənin Qarabağ münaqişəsinin uzunmüddətli həllinə tərəfdar olduğunu bildirib.

O, həm Minsk Qrupu, həm də ikitərəfli əlaqələr çərçivəsində Qarabağ münaqişəsinin əsaslı həllinə tərəfdar olduqlarını rusiyalı həmkarının diqqətinə çatdırıb.

Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.


Geri qayıt