Əsas Səhifə > Siyasət > Rusiya sülhməramlılarının Kəlbəcərdə nə işi var?

Rusiya sülhməramlılarının Kəlbəcərdə nə işi var?


17-11-2020, 12:33

Rusiya sülhməramlılarının Kəlbəcərdə nə işi var?  - AÇIQLAMA

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Rusiya sülhməramlılarının Kəlbəcər rayonu ərazisində yerləşdirilməsi nəzərdə tutulmurdu. Amma Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko belə deyib: “Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.

 "AzerTaym.az" yenisabah.az-a istinadən bildirir ki, söhbət Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrından gedir.

Hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında Modern.az-a bunları deyib:

“Rusiya sülhməramlılarının ora getməsi yerləşmək sayılmır. Onlar erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasında iştirak etməlidir. Ola bilər ki, Xudavəngdə postun yerləşdirilməsi bununla əlaqəli olsun. Amma bu barədə dəqiq bir şey deyilməyib.

Rusiya sülhməramlılarının fəaliyyəti məhz Laçın dəhlizi boyu və Dağlıq Qarabağdakı təmas xəttini əhatə etməlidir, onlar adı çəkilən yerlərdə  yerləşdirilməli, orada postlar qurulmalıdır”.


Geri qayıt