Əsas Səhifə > Siyasət > Onların ölkə rəhbərliyini aldatdıqlarını lazım olan şəxslərə çatdırmışam

Onların ölkə rəhbərliyini aldatdıqlarını lazım olan şəxslərə çatdırmışam


13-01-2021, 14:58

Onların ölkə rəhbərliyini aldatdıqlarını lazım olan şəxslərə çatdırmışam - Aslan İsmayılov | KONKRET

Yazılarımın birində Müdafiə Nazirliyi sistemində, xüsusilə hərbi hospitallarda Vətən Müharibəsi dövrü çoxlu sayda çatışmazlıqların olduğunu yazmışdım. Bir çoxları bilərəkdən, yaxud səhv anladıqlarından yazımı guya ümumilikdə həkimlərin əleyhinə olan kimi təqdim etdiklərindən açıqlama verməyə ehtiyac duydum”.

 "AzerTaym.az" bildirir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib.

O, müharibə dövründə hərbi hospitallarda baş verən çatışmazlıqları, o cümlədən kobud qanun pozuntularını çox diqqətlə izlədiyini vurğulayıb:

“Həmin günlər çatışmazlıqların dərhal aradan qaldırılması üçün səlahiyyətli vəzifəli şəxslərə konkret faktları təqdim etmişəm. Bunu Füzuli, Ağcabədi, Bərdə, Beyləqan və digər bölgələrdə çalışan, xüsusilə, Türkiyədə təhsil almış şəxslər çox yaxşı bilirlər. Onların bir çoxları ilə özüm, bəziləri ilə oğlum Vaqif görüşüb və konkret çatışmazlıqları qeydə alıb müvafiq strukturlara çatdırmışıq. Bu təmaslar zamanı həkimlərimizin fədakarlığını, bir çox işləri Müdafiə Nazirliyinin Tibbi Xidmətinin əvəzinə özləri, öz maddi vəsaitləri hesabına etdiklərini də yaxşı bildiyimdən sıravi həkimlər haqqında heç vaxt mənfi fikir bildirmərəm. Əksinə, bu günün özündə də həmin həkimlərin əziyyətlərinin dəyərləndirilməsini, vəzifəni qazanc yeri kimi görən Tibb Xidmətinin vəzifəli işçilərinin yerinə gətirilmələrini çox vacib sayıram.

Həmin dövr Müdafiə Nazirliyinin Tibb Xidmətinin vəzifəli şəxslərinin qanun pozuntularını, cinayət xarakterli əməllərini çox yaxşı bilirəm. Onların necə ölkə rəhbərliyini aldatdıqlarını da lazım olan şəxslərə çatdırmışam.

Sonda bir daha bildirirəm ki, Vətən Müharibəsi dövrü etdiklərimi borcum sayıram və onları reklam etmək fikrində deyiləm. Sadəcə, bu gün haqqımda qarayaxma kampaniyası aparanlardan xahiş edirəm ki, heç olmasa Allahdan qorxsun”.


Geri qayıt