Əsas Səhifə > Siyasət > ABŞ səfiri Qarapetlə "cütləşib" və "eyforiya"ya

ABŞ səfiri Qarapetlə "cütləşib" və "eyforiya"ya


13-09-2021, 08:56

Mirzə AĞ

Ağlım kəsəndən bəri Amerika Birləşmiş Ştatlarının (ABŞ) dünyanın ən müxtəlif bölgələrini qarışdırdığının şahidi olmuşam - Vyetnam, İraq, Əfqanıstran, Suriya və s. Hamısında da öldürücü müharibələrin «demokratiya» uğrunda aparıldığı elan olunub və bu zavallı ölkələrin sadəcə, altını-üstünə çeviriblər - Xruşov sayağı desək, «sülh yolunda daşı-daş üstündə qoymayıblar…»

ABŞ SSRİ dağılandan sonrakı dövrdə Cənubi Qafqaza da "burun soxub" və erməniləri üstümüzə qısqırtmaqdan «zövq alıb», 30 ilə yaxın bu «süni münaqişəyə» öz təbirincə desək, nəticəsiz vasitəçilik edib - vasitəçilər bölgəyə gəlib-gediblər, yeyib-içiblər, bahalı otellərdə gün keçiriblər. Bütün bunlar o zaman baş verib ki, Qarabağdan olan azərbaycanlı qaçqınlar yük vaqonlarında məskunlaşıblar, uşaqlı-böyüklü insanlarımız bir qarın yeməyə həsrət olublar… - indi məqamıdır deyə, ucadan elan edirəm: BURNUNUZUN İKİ DEŞİYİNDƏN GƏLSİN!!!

Nəhayət, 30 ildən sonra səbri tükənmş Azərbaycan VƏTƏN MÜHARİBƏSİNƏ qalxdı və doğma torpaqlarını müharibə yolu ilə azad etmək məcburiyyətində qaldı. Bu zaman da, başda ABŞ olmaqdla, vasitəçilərdən səs-səmir çıxmadı. ABŞ-da isə «pesdodemokrat»ların başı Trampla Baydenin «tac uğrunda» savaşına qarışmışdı. Azərbaycan Qarabağ münaqişəsini özü yoluna qoyandan, necə deyərlər, BMT TŞ-nın 4 qətnaməsini 44 gündə icra edəndən sonra, ABŞ və digərləri gördülər ki, gerçəkdən, dünya 5-dən böyük imiş və Qarabağda «mırt yemək» əldən çıxır - narahat oldular. Amma Azərbaycan Prezidenti onlara daşdan keçən, qısa və konkret cavab verdi: «Mən, sizi Azərbaycana dəvət etməmişəm…» Onlar isə utanmaq əvəzinə, sifətlərinin tüpürcəkli tərəfini çevirib, o biri tərəfini tüpürcəyə hədəf etdilər…

 

 

Belələrindən biri də ABŞ-ın Ermənistadakı səfiri Lynne Tracy oldu. Qarapetlə «cütləşmiş» bu «qısır ledi» bütün həya və abır normalarını aşaraq, deyib ki, sən demə, ölkəsi Qarabağ problemini həll olunmuş heab etmir və bölgənin statusu hələ də həll olunmayıb. Açıq-aydın görünür ki, səfir Qarapetlə necə cütləşibsə, bunun ləzzətindən ağlını itirərək, lap çərləyib!

Amma hamısı əbəsdir, artıq münaqişə tarixə çevrilib, Azərbaycanda isə «Dağlıq Qarabağ» adlı inzibati ərazi vahidi yoxdur, dövlət başçısı ölkə ərazisində yeni iqtisadi rayonlar yaradıb. İndi Qarabağın erməni icmasının nümayəndələri seçim etməlidirlər - ya Azərbaycan Respublikasının qanunlarına boyun əyərək, bölgədə azərbaycanlı icması ilə firavan yanaşı yaşamalı, ya da dinməz-söyləməz, bölgəni tərk etməlidir. Bunun daha ayrı yolu yoxdur. Rusiya sülhməramlı kontingent də sərəncamında olan 5 ildə məsələnin bu cür həllinə çalışmalıdır…

ABŞ və digərləri başqa cür düşünürlərsə, öz problemləridir və onların qəlbində erməni məhəbbəti qıcqırırsa, qoy, «miatsum övladlarını» öz yanlarına aparsınlar və onların məsələn, Kaliforniyada statusunu həll etsinlər, biz də baxıb onlardan nümunə götürək. Yoxsa ki, Qafqazda «demokratiya» bağırmaqla, Kaliforniyada «ağız şirin olmaz»!

Yeri gəlmişkən, açıq mənbələrin verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya ştatında 0,5 milyon ətrafında erməni yaşayır. Əgər ABŞ səfirinin «erməni sevgisi» bunca «metastaz» veribsə, qoy ABŞ hakimiyyəti yarım milyon gəzəyəntəyə ABŞ-da status versin, yoxsa ki, Qarabağdakı gəlmə 25 min «hay»ı bəhanə edib, bölgəmizi qarışdırmaqdan vaz keçsin.  

 


Geri qayıt