Əsas Səhifə > Siyasət > "Putin, qələbə günün mübarək!.." -Rusiyada 7-ci hərbi komissarlıq

"Putin, qələbə günün mübarək!.." -Rusiyada 7-ci hərbi komissarlıq


9-05-2022, 22:43

Rusiyada bu gecə insanlar Çerepovets şəhərindəki hərbi komissarlığa “Molotov kokteyli” atıblar. Rusiya Federasiyasında səfərbərliyə görə belə hallar çoxalıb. Ruslar Ukraynada müharibəyə getməmək üçün hərbi qeydiyyat sənədlərini yandırırlar.
 
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Andrey Tsaplienko məlumat yayıb.
 
Bu, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri rusların hərbi komissarlığa “Molotov kokteyli” atması ilə bağlı 7-ci haldır.
 
"Rusiyada hərbi komissarlıqları yandırmaqda davam edirlər. Bu gecə Çerepovetsdəki binaya bir neçə "Molotov kokteyli" uçub. Yeri gəlmişkən, müharibə başlayandan bəri bu, artıq yandırılan 7-ci hərbi komissarlıqdır. Rusiya Federasiyasında ümumi səfərbərlik ehtimalı ilə bağlı xəbərlər fonunda belə hallar tez-tez baş verir. İnsanlar müharibəyə getməmək üçün hərbi qeydiyyat sənədlərini yandırırlar”, - məlumatda belə deyilir.

Sultan Laçın


Geri qayıt