Əsas Səhifə > Siyasət > “KQB” yetirmələri olan Xocalı qatilləri dünən gecə qapalı görüş keçirdi...

“KQB” yetirmələri olan Xocalı qatilləri dünən gecə qapalı görüş keçirdi...


14-05-2022, 14:29

“KQB” yetirmələri olan Xocalı qatilləri dünən gecə qapalı görüş keçirdi...-Gizli plan?..

Xocalı qatilləri – qəsbkar Ermənistanın terrorçu eks-prezidentləri Robert Köçəryan və Serjik Sərkisyan dünən gecə qapalı görüş keçiriblər.
 
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” nəşri məlumat yayıb.
 
“Bir müddət əvvəl yazmışdıq ki, Serj Sarkisyan və Robert Köçəryan razılığa gəlməyənədək hərəkat yeni vüsət almayacaq... Bizə məlumat verildi ki, R.Köçəryan və S.Sarkisyan dünən axşam saatlarında görüşüb və uzun müddət mübarizənin bundan sonrakı gedişatı barədə danışıblar”- deyə erməni qəzeti yazır.
 
Erməni nəşrinin yazdığına görə, Qarabağ münaqişəsinin silahlı qarşıdurma həddinə gəlib çatmasında aparıcı rol oynamış eks-prezidentlərin konkret nədən danışdıqları bəlli deyil. Ancaq Kremlin sadiq köpəklərinin nədəsə ortaq məxrəcə gəldikləri ehtimal edilir...
Xatırladaq ki, R.Köçəryan və S.Sərkisyan  Azərbaycan SSR vətəndaşı olaraq kommunist partiyası və sovet  “KQB”-nin yetirmələridir... R.Köçəryan isə hazırkı Rusiya lideri V.Putinin sadiq(!) dostu, daha doğrusu, adamı sayılır...Bu baxımdan işğalçı ölkənin Qarabağ klanının liderləri olan eks-prezidentlərinin Putinin diktəsi və ssenarisi əsasında Ermənistan və Qarabağla bağlı hansısa gizli plan qurmaqları və Ermənistanın Rusiyayönlü müxalifətinin  Azərbaycan və Türkiyəyə qarşı revanşist və irqçi hərəkatının vahid mərkəzdən yönləndirmələri mümkündür...
 
Sultan Laçın

Geri qayıt