Əsas Səhifə > Siyasət > “Rizvan Talıbovla hüquq-mühafizə orqanları məşğul olmalıdır”
“Rizvan Talıbovla hüquq-mühafizə orqanları məşğul olmalıdır”22-09-2022, 13:54 |
“Son günlər Azərbaycan mətbuatında haylı-küylü bir müraciət dərc olunub ki, guya Qərbi Azərbaycanın 200-ə yaxın tanınmış ziyalısı Göyçə-Zəngəzur Respublikası adlı bir qurum yaradıb. Hətta bunun parlamentini də elan ediblər. Sonra da məlum olur ki, Qərbi Azərbaycandan olan ziyalıların heç birinin bundan xəbəri yoxdur. İndiki şəraitdə belə bir fikrin səsləndirilməsi çox ciddi bir təxribatdır”. “İkincisi, xatırlayırsınızsa, Azərbaycan-Ermənistan sərhəddində ermənilərin törətdiyi son təxribatlar xaricdə outran, özlərini bloger kimi təqdim edən məfkurəsiz milli satqınlar tərəfindən Azərbaycan dövlətini Ermənistana təcavüzü kimi qələmə verildi. Və belə bir məqamda Rizvan Talıbov adlı birisi ortaya çıxır, onlara çərənləməyə, dövlətçiliyimizə çamur atmağa şərait yaradılır. Bu təsadüf ola bilməz. Bunlar vahid mərkəzdən idarə olunur. Və indiki şəriatdə Azərbaycan dövlətinə bundan böyük xəyanət ola bilməzdi.
Geri qayıt |