Əsas Səhifə > Siyasət > Putin öldürülə bilər? - Rusiya lideri həyatı uğrunda

Putin öldürülə bilər? - Rusiya lideri həyatı uğrunda


24-11-2022, 18:31

"Vladimir Putin “həyatı uğrunda mübarizə aparır” və Xersonun itirilməsindən sonra Rusiyanın daha ağır uğursuzluqlarla üzləşəcəyi təqdirdə öldürülə biləcəyindən qorxur".

Musavat.com “The Times”a istinadən istinadən xəbər verir ki, bu sözləri Ukrayna kəşfiyyatının yüksək rütbəli nümayəndəsi, Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.

"BU, PUTİNİN SONU DEMƏKDİR"

sd78f-1648357889.jpg (21 KB)

O bildirib ki, Rusiyanın nəzarətində olan ərazilərin ələ keçirilməsi Kremldə Ukraynanın müharibədə qalib gələcəyi ilə bağlı qorxuları kəskin şəkildə artırıb:

“O, (Putin-red) çox qorxur, çünki Rusiyada müharibələrdə uduzan çarları bağışlamırlar. O, indi həyatı üçün mübarizə aparır. Müharibəni uduzsa, bu, siyasi fiqur olaraq onun sonu deməkdir. Bəlkə, fiziki mənada da...”

Aretoviç deyib ki, Ukrayna ordusunun Xersona daxil olması Kiyevin müharibədə ən böyük nailiyyətidir və bu, Rusiyanın yeni zərbələrinə, Belarusdan yeni hücum planlarına səbəb olub:

“Bu, hətta Putinə çox sadiq olan insanları da müharibədə qalib gələ biləcəklərinə şübhə etməyə məcbur edib. Bundan sonra rus qoşunları Belarusdan Donbasa hücuma keçəcək və həmçinin Rivne nüvə stansiyasına sahib olmağa çalışacaq. Rusiya artıq bölgəyə zərbələr endirib və zavodun dörd blokundan biri keçən həftə bağlanıb". 

Ukrayna Silahlı Qüvvələri baş qərargah rəisinin müşaviri hesab edir ki, Ukraynanın güc potensialını yarıya endirən zərbələr Kiyevi və onun müttəfiqlərini Kremllə danışıqlara məcbur etmək üçün “şantaj” formasıdır.

"Putin işğal olunmuş Krım, Donetsk və Luqansk rayonlarını tələb edəcək və bunu rusların qələbəsi kimi qiymətləndirəcək. Lakin onun vətəndaşları ərazi qazanmalarından o qədər də təsirlənməyəcək. Ruslar artıq baha başa gələn müharibədən öz narazılıqlarını bildirirlər".

RUSİYA XALQI NARAZIDIR

WhatsApp Image 2022-11-24 at 14.40.24.jpeg (75 KB)

Rusiyada müharibə əleyinə etirazlar artır.

“The Times” yazır ki, çağırışçıların qəzəbli arvadları və anaları onlarla görüşməkdən imtina edən Rusiya liderinə rişxənd edərək “sən kişisən?” deyiblər.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin bu qadınlarla deyil, onun müharibəsinə inananlarla görüşəcək. Sözçü Rusiya prezidentinin bəzi hərbçilərin anaları ilə görüşdüyünü qeyd edib.

Kreml mənbələri bildirirlər ki, onlar Putini tənqid etməyən, sadiq, vətənpərvər ana və arvad qruplarını yarada bilərlər.

Qeyd edək ki, ABŞ müharibədə 100 mindən çox rus əsgərinin öldürüldüyünü və ya yaralandığını təxmin edir.

Putinin səfərbər etdiyi 300.000 nəfərdən çox adamın az təlim keçdiyi, zəif silahlandığı və və komandirlərin olmaması ilə bağlı iddialar səslənir.

 


Geri qayıt