Əsas Səhifə > Siyasət > “Yeni müharibə və yeni kapitulyasiya olacaq”

“Yeni müharibə və yeni kapitulyasiya olacaq”


4-12-2022, 18:54

“Yeni müharibə və yeni kapitulyasiya olacaq” - Saqatelyan

“İndiki hakimiyyətin dövründə yeni müharibə və yeni kapitulyasiya olacaq”.

 Konkret.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” blokunun yaydığı məlumatda deyilir.  “Ermənistan” blokunun deputatı İşxan Saqatelyanın sözlərinə görə, əgər bir müddət əvvəl müxalifət yeni kapitulyasiya və müharibədən sadəcə danışırdısa, indi bu gerçəkləşmək üzrədir. Çünki türklər (Azərbaycan – red) artıq Vardenis (Basarkeçər) və Cermuxa çatıb.

Saqatelyan bildirib ki, hakim rejim Ermənistan və Qarabağ haqqında deyil, öz təhlükəsizliyi barədə düşünür: “Müxalifət olmasaydı, hakimiyyət çoxdan kapitulyasiyaya imza atardı. Hakimiyyət bilsəydi ki, xalq kapitulyasiyanı həzm edəcək, onu çoxdan imzalayardı”, – erməni deputat vurğulayıb.

 

Saqatelyanın fikrincə, müxalifət parçalanmağa və bir-birini gözdən salmağa çalışmamalıdır: “Müxalifət maksimum dərəcədə konsolidasiya edilməlidir. Amma təəssüf ki, müxalifətdə lazımi konsolidasiya yoxdur. Burada tez-tez “suları bulandıran” qüvvələr meydana çıxır ki, bu da bizim ümumi maraqlarımızı ayaqlar altına atır. Mübarizə davam edir. Harda səhv etdiyimizi və nöqsanlarımızı başa düşməliyik. Təkcə parlament mübarizəsi kapitulyasiyanın qarşısını almaq üçün kifayət etməyəcək”, – Saqatelyan fikirlərini tamamlayıb. 


Geri qayıt