Əsas Səhifə > Siyasət > Generalitetin kabinetlərindən nə tapılıb?
Generalitetin kabinetlərindən nə tapılıb?10-11-2015, 12:50 |
Eldar Mahmudovun da həbs sanksiyası imzalanmaq üçün hazırdır Eldar Mahmudovun işdən azad edilməsi ilə Milli Təhlükəsizlik Nazirliyində başlamış “17 oktyabr inqilabı” yenidən medianın bir nömrəli mövzusuna çevrilib. Buna səbəb isə bu strukturda “təmizləmə” və həbslərin davam etməsidir. Hər gün demək olar ki, MTN-də kiminsə işdən çıxarılması, kiminsə həbs edilməsi barədə xəbərlər yayılır, bu qurumda sahibkarlara qarşı baş vermiş cinayətlərin yeni-yeni təfərrüatları məlum olur. Mənbənin ən sensasion məlumatı budur ki, bəzi kabinetlərdə hələ aktiv olmayan gizli xüsusi dinləmə qurğuları da aşkar edilib. Ehtimal edilir ki, MTN generaliteti hansısa məqamda bu qurğular vasitəsilə nazirlikdə baş verənləri dinləmək üçün hazırlıq görüb. Bu səbəbdən də yeni təyin edilən bütün idarə rəislərinə tapşırılıb ki, kabinetləri həm də gizli qurğulardan təmizlətmək qayğısına qalsınlar. Bu səbəbdən A.Çovdarovun “kabinetində oturması” xəbəri əvvəldən də real görünmürdü. Hələ bir neçə il əvvəl ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında bilavasitə A.Çovdarovu günahlandırmışdı. Sitat:“Rusiya Federasiyasının Sverdlovsk vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə ”Təpəgöz” kimi tanınan və hazırda Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Çovdarovdur.” A.Çovdarovla bağlı daha bir sensasion məlumat onun vətəndaşlığı ilə bağlıdır. Belə ki, Çovdarov Gürcüstanda doğulsa da, onun Rusiya vətəndaşı olduğu deyilir. İddialara görə, o, bu illər ərzində Rusiya vətəndaşı kimi MTN-in ən mühüm postlarından birində oturub. Amma onun Rusiya ilə deyil, Gürcüstanın siyasi dairələri ilə yaxşı əlaqələri olduğu da iddia edilir. İddiaya görə, prezidentin son səfərində ona Çovdarovun “günahlarını bağışlamaq” xahişi edilə bilərdi. E.Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-in hərbi hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib. V.Allahquliyev 2015-ci il mart ayının 27-də general-mayor rütbəsi ilə təltif edilib. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə, Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.(musavat.com) Geri qayıt |