Əsas Səhifə > Siyasət > Saakaşvili Ərdoğana məktub yazdı
Saakaşvili Ərdoğana məktub yazdı22-02-2023, 17:32 |
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana məktub göndərib. Mixeil Saakaşvili Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlara görə, Türkiyə Prezidentinə və xalqına başsağlığı verib. "Ölkənizdə baş vermiş faciədən dolayı sizə baş sağlığı verirəm. Vətəndaşlarınızın, qardaş türklərin Gürcüstanda və Ukraynada acılarını hiss edirik. Ayrıca bu böyük sıxıntı dönəmində liderliyinizə heyranam. Əminəm ki, zəlzələnin yaratdığı çətin günlərin öhtəsindən gələ biləcəksiniz",- deyə Saakaşvili yazıb. Yenisabah.az Geri qayıt |