Əsas Səhifə > Siyasət > İran ABŞ-a xəbərdarlıq etdi
İran ABŞ-a xəbərdarlıq etdi4-01-2024, 13:24 |
İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib. Yenisabah.az xəbər verir ki, bu barədə "Təsnim" Agentliyi məlumat yayıb. O bildirib ki, Vaşinqton HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşsın: "HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsi ABŞ-da qarışıqlıq yaradacaq. ABŞ regional tarazlığı pozdu və bu (İsrail) sui-qəsdin (Aruri) nəticələri onların üzərinə düşəcək". Nazir qeyd edib ki, müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək: "Vaşinqtonun strateji səhvləri ABŞ-ın planlarına əks nəticə verəcək". Qeyd edək ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri çərşənbə axşamı günü İsrailin pilotsuz təyyarəsinin Beyrutun cənubundakı Dahiya ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb. Geri qayıt |