Əsas Səhifə > Siyasət > Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddəti
Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddəti14-03-2024, 20:03 |
“Abzas media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb. Bu barədə qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub. Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb. Sevinc Abbasova (Vaqifqızı) barəsində də həbs qətimkan tədbirinin müddəti 2 ay 29 gün uzadılıb. Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib. yenisabah.az Geri qayıt |