Əsas Səhifə > Siyasət > Türkiyədə küçələrə böyük ekranlar quraşdırılır
Türkiyədə küçələrə böyük ekranlar quraşdırılır27-02-2025, 19:19 |
Bu gün PKK lideri Abdulla Öcalanın İmralı həbsxanasından müraciət edəcəyi gözlənilir. Onun Türkiyədə terror təşkilatı kimi tanınan dəstəsinin gələcək fəaliyyətinə son verilməsi və silahların yeri qoyulması ilə bağlı çağırış edəcəyi bildirilir. DEM Partiyasının nümayəndə heyətinin bu gün saat 17:00-da İmralıdan qayıtdıqdan sonra İstanbulda açıqlama verəcəyi bildirilir. Bəyanatda Öcalanın çağırışının da yer alacağı gözlənilir. İmralıya gedəcək heyətin edəcəyi açıqlaması ilə əlaqədar olaraq Diyarbəkir və Vanda nəhəng ekranlar qurulur. Geri qayıt |