Əsas Səhifə > Siyasət > ABŞ-ın AZƏRBAYCANA TƏTBİQ ETMƏK İSTƏDİYİ SANKSİYALAR!
ABŞ-ın AZƏRBAYCANA TƏTBİQ ETMƏK İSTƏDİYİ SANKSİYALAR!18-12-2015, 09:03 |
ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb. ——- “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi kifayət qədər genişdir və orada çox sərt tədbirlər nəzərdə tutulur. Azadlıq.info nəzərdə tutulan sanksiyaların siyahısını yayımlayıb: – Azərbaycan hakimiyyətinin bütün üzvlərinə – prezidentə, baş nazirə və onun müavinlərinə, komitə sədrlərinə, nazirlərə, Prezident Administrasiyasının və xüsusi xidmət orqanlarının əməkdaşlarına, hakimlərə, eləcə də onların ailə üzvlərinə viza verilməsinə qadağa qoyulur; – Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələri, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dərhal kəsilir; – Azərbaycan hökumətinin humanitar layihələr də daxil olmaqla, bütün layihələrinin ABŞ-ın dövlət orqanları tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulur; – ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin (Trade and Development Agency) Azərbaycanda fəaliyyətinə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təsisatlarının Azərbaycan hökuməti ilə əməkdaşlığına qadağa qoyulur; – ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və s.) bütün layihələrinə veto qoysun; – Azərbaycan hökumət üzvlərinin, həmçinin onların maraqlarına aidiyyəti olanların, qohumlarının, hökumətlə bu və ya digər dərəcədə bağlı olan işgüzar dairələrin xaricdəki bütün bank hesabları dondurulur, daşınmaz əmlaklarına həbs qoyulur, Azərbaycanın xaricdəki bütün biznes qurumlarının fəaliyyətinə qadağa tətbiq edilir. Sənədin əvvəlində qeyd olunur ki, bu sanksiyalar Azərbaycanda bütün siyasi məhbuslar azad edilməyənə, demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı sahəsində əhəmiyyətli irəliləyişə olmayana, seçkilərin azad və ədalətli keçirilməsi təmin edilməyənədək qüvvədə qalacaq. Sənədi hazırlayan Helsinki Komissiyası kifayət qədər nüfuzlu qurumdur. Ora 9 senator, 9 konqresmen, Dövlət Departamentinin və Pentaqonun hərəsindən 1 nümayəndə daxildir. Komissiyanın sədri Kristofer Smit Respublikaçılar Partiyasının liderlərindən biridir və nüfuzlu konqresmendir. Respublikaçılar indi Konqresin hər iki palatasında (Nümayəndələr Palatası və Senat) səs çoxluğuna malikdirlər. Geri qayıt |