Əsas Səhifə > Siyasət > Vladimir Solovyovun “psixoloji travması”: “Səviyyəsi plintusdan

Vladimir Solovyovun “psixoloji travması”: “Səviyyəsi plintusdan


Dünən, 18:58

featured-image-686049

“Rusiya informasiya məkanında Vladimir Solovyov kimi məxluqlar çoxdur. Onların səviyyəsi öz sözləri ilə desək, plintusdan aşağıdır. Bu səbəbdən də onların fikirlərinə münasibət bildirmək, əslində, onların səviyyəsinə enmək deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O, “Putinin təbliğat çarı” adlandırılan tanınmış jurnalist Vladimir Solovyovun Rusiya və Azərbaycan arasında baş verən proseslərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Həmsöhbətimiz əmindir ki, bütün bunları Rusiyanın normal düşüncəli insanları belə ciddiyə almırlar:

“Amma təəssüf doğuran haldır ki, solovyovkimilər Rusiya mediasında hakimiyyətin ruporu rolunda çıxış edirlər. Yəni Rusiya daxilində “milli ruhu” bunlar saxlayırlar. Onlar öz səviyyəsiz və aqressiv çıxışları ilə Rusiyanın “Z patriot” kəsiminin ayaqda durmasını təmin edirlər. Eyni zamanda ətraf ölkələrə qarşı şər-böhtan kampaniyasının başında dururlar. Solovyov Rusiya-Azərbaycan münasibətləri normal olduğu zamanlarda belə öz fikirləri ilə həmişə iki ölkə arasında gərginlik yaratmağa səbəb olub. Hətta Azərbaycan tərəfindən fikirlərinə görə üzr istəməyə belə məcbur edilib. Amma bu, Solovyova dərs olmayıb. O bundan sonra da eyni fəaliyyətini davam etdirib. Görünən odur ki, onun psixi problemləri və ya Azərbaycanla bağlı travması var. Bu baxımdan İrana Azərbaycandan İsrail dronlarının hücumu olub yalanlarını uydurur”.

A. Qasımovun fikrincə, Azərbaycan dəfələrlə vurğulayıb ki, öz ərazisindən üçüncü ölkələrə hücum üçün platforma kimi istifadəyə icazə verməyib, verməyəcək:

“İki ölkə arasında gərginliyin artacağı gözlənilmirdi, insidentlər həmişə olub. Azərbaycan tərəfinin reaksiyası da təbii idi. Bunu Rusiyanın yuxarı eşelonlarındakı siyasətçilər başa düşsələr də, solvyovkimilər bundan şou düzəltməyi sevirlər. Hesab edirəm ki, Rusiyanın haqsız mövqeyi qarşısında Azərbaycanın adekvat reaksiyası təbii idi. Rusiya da bu mövqeyi qəbul etmiş kimi görünür. Proseslərin səngiyəcəyi gözləniləndir”.

 


Geri qayıt