Ramzan Kadırovdan Türkiyədəki çevrilişə cəhd haqqında maraqlı şərh

Ramzan Kadırovdan Türkiyədəki çevrilişə cəhd haqqında maraqlı şərh

Ölkə.Az xəbər verir ki,Çeçenistan prezidenti Ramzan Kadırov Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlı maraqlı açıqlama verib.

 
O, hərbi çevriliş cəhdinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərbdən asılı olmayaraq müstəqil siyasət yürütməsi ilə əlaqələndirib.
 
“Türkiyədə hərbi çvriliş cəhdi oldu, ölən və yaralananlar var. İlk görünən budur ki, türk xalqı prezident Ərdoğanı dəstəkləyir. Türkiyə bizim yaxın qonşumuzdur. Son zamanlar Rusiya prezidenti Vladimir Putinin yürütdüyü sərt siyasət sayəsində Türkiyə ilə əlaqələrin gücləndirilməsi istiqamətində hərəkətlənmə başlayıb Türkiyənin Suriyaya dair mövqeyində də müsbət dəyişikliklər nəzərə çarpır .Görünən budur ki, bu ölkədə generallar dövlətin işinə həddən artıq qarışırlar. Ərdoğanın Qərbdən asılı olmayaraq müstəqil siyasət yürürütməsi, Qərbə meyilli generalları qiyam fikrinə sürükləmiş ola bilər. Biz bir çox çevrilişlər və qiyamılar gödük. Öz təcrübəmizə əsaslanaraq bunun yaxşı bir şey olduğunu söyləyə bilmərəm. Türk xalqına tez zamanda sülh və sabitliyi təmin etməyi arzu edirəm”,- deyə Ramzan Kadırov yazıb.






Fikirlər