ANS-in heç bir zaman unudulmayacaq 10 siması - FOTOLAR

ANS-in heç bir zaman unudulmayacaq 10 siması -

MTRŞ tərəfindən lisenziyası ləğv olunan ANS TV əməkdaşlarının digər televiziya kanallarına keçməsiylə bağlı məlumatlar yayılır.

Telekanalın aparıcıları Rahil Sayadoğlu, Natiq Nailəoğlu və Nazim Xəliloğlu "Region TV"də işləməyə başlayıblar.
Bu keçidlərdən sonra sosial şəbəkələrdə ANS-in digər məşhur simalarının hansı telekanalda çalışacağı müzakirə obyektinə çevrilib. 
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq ANS TV-nin 10 ən məşhur simasını təqdim edirik. Onların yeni televiziya keçib-keçməyəcəyi bəlli olmasa da, faktdır ki, bu simaların adı gələndə tamaşaçılar hər zaman ANS-i yada salacaq:
10. Uzun illərdir ki, telakanalın siması olan və şimal bölgəsindən ən son xəbərləri çatdıran Aytəkin Alxaslı:
9. Telekanalın "vuran əli" olan və ən qalmaqallı reportajların müəllifi Ləman Əliəşrəfqızı:
8. Telekanalda bir çox verilişin aparıcısı və qonaqlara söz verməməsinə görə sosial şəbəkələrin fenomeninə çevrilən Rövşanə Bektaşı:
7. Hicablı insanları təhqir etdiyinə görə verilişi qapadılan, çox vaxt efirdə hislərini cilovlaya bilməyən Elnarə Təhməzova:
6. Vətənpətvərlik mövzusunda bir çox layihənin müəllifi, gənc nəslin vətənpərvər ruhda böyüməsində misilsiz rolu olan Rahib Qərib:
5. Öz gözəlliyi ilə tamaşaçıların sevgisini qazanan və bir neçə ay öncə sürpriz şəkildə ATV-dən ANS-ə keçən Alidə Mustafayeva:
4. ANS-in ən pozitiv simalarından olan, tamaşaçılara hər zaman müsbət enerji verən Elgiz Əkbər:
3. Nəinki ANS-in, bütövlükdə Azərbaycan televiziyalarının ən gözəl teleaparıcılarından hesab olunan və sırf xarici görünüşə görə böyük tamaşaçı kütləsi toplayan Nigar Mahmudova:
2. ANS-in ABŞ üzrə xüsusi müxbiri, bir çox dünya liderindən müsahibə almış, son olaraq isə Türkiyədə terrorçu elan edilən Fetullah Güləndən müsahibə alan Qənirə Ataşova:
1. ANS-in vitse-prezidenti, telekanalın ən məşhur siması Mirşahin Ağayev:
Son olaraq qeyd edək ki, ANS məktəbi keçən və telekanalda məşhurlaşan simaların sayı daha çoxdur. Yuxarıda sadalanan 10 şəxs telekanal bağlanan günə qədər orada çalışan şəxslərdir və siyahı son günə qədər ANS-də çalışanlara şamil olunub. (azxeber.com)

 






Fikirlər