İlham Əliyev Nikolas Maduro ilə görüşdü

“İlham Əliyev Nikolas Maduro ilə görüşdü

Azərbaycana rəsmi səfərə gələn Venesuela prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.

“AzerTaym.az” AzerTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Nikolas Maduronu qarşılayıb.

Venesuela dövlət başçısı Nikolas Maduro daha sonra Milli Məclisdə olub. Ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub.

Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşüb.

Artur Rasizadə Azərbaycan ilə Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayıb.

Artur Rasizadə iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib, digər sahələrdə də əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında söhbət gedərkən, münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi qeyd edilib.

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident Nikolas Maduro müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğunu bildirib.

İlham Əliyev Nikolas Maduro ilə görüşdü
İlham Əliyev Nikolas Maduro ilə görüşdü

 






Fikirlər