Türkiyə bu azərbaycanlı tələbədən danışır - Video

  

İpək səhifələrə yazılan Qurani-Kərim üçün 50 metr qara şəffaf ipək parça, 1500 millilitr qızıl və gümüş boya istifadə edilib.

Hazırda Türkiyədə Marmara Universitetinin tələbəsi olan azərbaycanlı rəssam və bəzəmə ustası Tünzalə Məmmədzadə şəffaf ipək səhifəli Qurani-Kərim hazırlayıb.
Tünzalə Məmmədzadə ipək üzərinə yazılan ayələrlə hazırladığı Quran üçün 50 metr qara şəffaf ipək parçadan, 1500 millilitr qızıl və gümüş boyadan istifadə edib.Kitabın ölçüsü 29 x 33 santimetrdir.
Məmmədzadə Türkiyə mediasına açıqlamasında "şah əsərim" adlandırdığı və üç ilə tamamladığı ipək Qurani-Kərimi illərdir çalışdığı sənətində yenilik etmək istəyi ilə hazırladığını deyib.
Türkiyənin Mərmərə Universitetində incəsənət tarixi üzrə doktorluq oxuduğunu bildirən Məmmədzadə "Araşdırdıqda daha əvvəl ipəkdən Qurani-Kərim hazırlanmadığını öyrəndim. Bu günə qədər müxtəlif materiallar üzərində Quran yazılıb. Mən də səhifələrinin hamısı ipəkdən ibarət olan ilk Qurani-Kərimi hazırladım. İpək Quranda adı keçən bir parça növüdür" deyib. 
Ərəb hərflərini bildiyi üçün əsəri hazırlayarkən çətinlik çəkmədiyini bildirən Məmmədzadə "Bu işi bitirməyə çox həvəsliyəm. Bu mənim şah əsərimdir. Belə bir əsəri bitirdiyim üçün Allaha şükürlər olsun. Dünyadakı ilk ipək Quranı hazırladığım üçün çox xoşbəxtəm" deyə danışıb.
Azərbaycanlı tələbənin bu möhtəşəm əsəri Türkiyə mediasının gündəminə çıxırılıb. Türkiyədə  demək olar ki, hə kəs Tünzalə Məmmədzadədən danışır və onun gördüyü bu işi çox yüksək qiymətləndidirlər. 
 
 
 
Kur'an-ı İpeğe yazdı - Video

 






Fikirlər