"Mənim həyat yoldaşım..." — Barak Obama Hillari Klintona söz atdı

Картинки по запросу hillary clinton mişel obama və obama

ABŞ-ın hazırkı prezidenti Barak Obama həyat yoldaşı Mişel Obamanın heç vaxt dövlət başçısı postuna namizəd olmayacağını açıqlayıb.

Ölkə.Az xəbər verir ki, "Rolling Stone" jurnalına danışan Obama həyat yoldaşının heç zaman bu niyyətə düşməyəcəyini deyib. 

"Mişel Obama siyasətə qoşulmayacaq qədər ağıllıdır" deyən Obamanın bu sözlərini Hillari Klintona ünvanladığı ehtimal olunur.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri arasında yayılan bu ideya tezliklə özünə xeyli tərəfdar da toplayıb.

"Gallup" araşdırmalar mərkəzinin sorğusuna əsasən, 80% amerikalılar Mişel Obamanın fəaliyyətini yüksək qiymətləndirir.

AzerTaym.az






Fikirlər