Rusiyadan gözlənilməz Türk Axını - Qərarı

“Türk axını” ilə bağlı Rusiya və Türkiyə arasında imzalanmış hökumətlərarası anlaşma təsdiq olunması üçün Dumaya göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Dumanın rəsmi saytında məlumat verilib. Anlaşma müzakirə olunacaq məsələlər arasına daxil edilib.

Qeyd edək ki, bundan əvvəl parlamentin Enerji Komitəsinin sədri Pavel Zavalnı anlaşmanın gələn ilin yanvarında parlamentdə müzakirə olunacağını açıqlamışdı.

Xatırladaq ki, iki ölkə arasında “Türk axını” layihəsi 10 oktyabrda imzalanıb. Dekabrın 2-də Türkiyə parlamenti, 3 gün sonra isə Prezident Rəcəb Tayyib Ərdoğan anlaşmanı təsdiq edib.






Fikirlər