Sabaha olan HAVA PROQNOZU

Картинки по запросу hava haqqında duman olacaq

Bakı və Abşeron yarımadasında yanvarın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-qərb küləyi gündüz cənub küləyi  ilə əvəz olunacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTaym.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 7-10° isti, Bakıda gecə 3-5° isti, gündüz  7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
 
 






Fikirlər