“Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi EKSPERT

Картинки по запросу “Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert

Rusiya Siyasi Azadlıq Mərkəzinin analitiki, hərbi ekspert Boris Djerelievskiy Azərbaycan iqtidarına qarşı gözlənilməz iddialarla çıxış edib. 

“Qarabağı vururlar ki, Suriyaya “düşsün”lər” adlı məqaləsində o, Dağlıq Qarabağda ötən ilin aprelindən bəri Azərbaycan və işğalçı Ermənistan orduları arasındakı lokal əməliyyatların qızışdırılmasında ABŞ və Avropanın aparıcı ölkələrinin roluna toxunur. 
Moderator.az xəbər verir ki, rus analitik aprel savaşının məhz Rusiya, Türkiyə və İranın yaxınlaşmasının qarşısını almaq istəyən Qərb ölkələri tərəfindən təşkil edildiyi versiyasını irəli sürür. O,  Amerika kəşfiyyatının  Türkiyə və Rusiyanın Qarabağ məsələsini həll etmə cəhdlərinin qarşısını almaq üçün Azərbaycan hakimiyyətinə yerləşdirilmiş təsir agentlərindən istifadə etdiyini iddia edərək yazır:
”...Yüksək rütbəli Azərbaycan məmurlarının, eləcə də güc strukturları əməkdaşlarının nəzərəçarpan hissəsi xarici qurumların nəzarətindədir. Onu demək kifayətdir ki, son 15 ildə 1000-ə yaxın Azərbaycan vətəndaşı  “gənc liderlərlə mübadilə”(FLEX) proqramı çərçivəsində ABŞ-da hazırlıq keçib. Həmin hazırlığın Amerikanın təsir agentlərinə (və yaxud sadəcə, ABŞ agentlərinə) çevrilmiş, demək olar ki, bütün iştirakçıları  hakim strukturlarda kifayət qədər yüksək postlar tutublar. 
Oxşar üsulla,  demək olar ki, Azərbaycan Milli Ordusunun bütün komanda heyyəti ABŞ və NATO proqramlarından keçirilmişdir. Bundan əlavə, xeyli Azərbaycan hərbçisi İsrail və ABŞ maraqları çərçivəsində fəaliyyət göstərən və Ankaranın Rusiya və İranla yaxınlaşması kursuna qarşı çıxış edən Fətullah Gülən tərəfdarlarının gizli hücrələri ilə bağlıdırlar...” 






Fikirlər