“Azərbaycan Dəmir Yolları” regionun lokomotivinə çevrilməyə çalışır: "Yorulmaq OLMAZ!"

Картинки по запросу “Azərbaycan Dəmir Yolları”

Haqqin.az saytında ölkədə qeyri-neft sektorunun inkişafı, xüsusən də Azərbaycanın  logistik  mərkəzə çevrilməsi ilə bağlı  “Yevropeyskaya meçta İlxam Aliyeva  o Podnebesnoy” (İlahinin qoruduğu İlham Əliyevin  Avropa arzuları) adlı ciddi təhlili bir məqalə dərc olunub.

AzerTaym.az həmin yazını oxucuların diqqətinə çatdırır:

Ötən 2016-ci il əvvəlki illərlə müqayisədə Azərbaycan iqtisadiyyatı üçün  gərgin il oldu. Neft gəlirlərinin kəskin surətdə azalaması  isə özünü  dövlət büdcəsinin və  dövlət investisyalarının yığcamlaşdırmasına gətirib çıxarmış, ümumilikdə ölkə iqtisadiyyatına öz mənfi təsirini göstərmiş oldu. Ölkə iqtisadiyyatında yaranmış vəziyyəti hətta, ölkənin siyasi rəhbərliyi öz bəyanatında dilə gətirərək etiraf etdi. Bununla yanaşı, hökumətin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı  islahatlar paketi yoxdur. Hansı ki, ölkənin  üzləşdiyi  iqtisadi durumu  ancaq  qeyri-neft sektoruna qoyulacaq  investisiya xilas edə bilər.

Ölkə iqtisadiyyatını düşdüyü vəziyyətdən xilas edəcək sahələrdən biri də məhz  nəqliyyat  və yükdaşıma sektorudur. Azərbaycan son illərdə bu sahədə bir sıra iri  layihələrin təşəbbüskarı kimi çıxış edir və bu layihələri maliyyələşdirir. Hansı ki, bu logistik layihələri reallaşdırmaqla  Azərbaycanı regional mərkəz çevirmək olar.

cavid1

Prezident İlham Əliyevin sözü və  bu sözün dəmiryolçular tərəfindən həyata keçirilməsi…

2016-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov  çox geniş vədlər verən proqram pronozları ilə çıxış edib.Onun sözlərinə görə, həyata keçirilən  layihələr nəticəsində yekdaşımalardan Azərbaycan dəmir yolları ildə 2,5 milyard dollar  qazana bilər. O,  bildirib ki, əgər məqsədlərimizə nail ola bilsək, il ərazində Azərbaycan ərazisindən  50 milyon ton yükdaşımanı həyata keçirmək  mümkün olacaq.

Azərbaycan bu strateji planın həyata keçməsi üçün nə edib və hansı addımlar atıb?

Mübahisəsiz və mübaliğəsiz  demək olar ki, Azərbaycanın  ötən il nəqliyyat sahəsində əldə etdiyi ən böyük uğuru dəmiryol sistemini  İran dəmiryol sisteminə birləşdiməsi olub. Bu məqsədlə   8 km-lik Astara(Azərbaycan)-Astara (İran) dəmiryol xətti  Azərbaycan-İran sərhəddinədək çəkilib. İş elə də genişmiqyaslı olmasa da, amma uzun onilliklər idi ki, bu həyata keçirilmirdi.

“Şimal-Cənub”  dəmiryol xəttinin tam birləşdirilməsi  və bu layihənin reallaşamsı üçünsə Qəzvin-Rəşt, Rəşt-Astara (İran) dəmiryolunun  tikintisi qalıb. İran tərəfi bu yolun tikintisinin başa çatmamasını  və yubanmasını  isə maliyyə çatışmazlığı ilə izah edir. Azərbaycan tərəfi bu yolun strateji əhəmiyyətini nəzərə alaraq, İran tərəfinə  kredit ayrılmasına yardım  etməyə hazır olduğunu bəyan edib.

iclas

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-ci ilin  yekunlarına həsr olunmuş iclasında da  bildirib ki, Azərbaycan   “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı dəmiryol tikintisini  8 aya bitirib və bunu çox uğrulu bir  naliyyət hesab edib. Ölkə başçısı çıxışında  eyni zamanda, layihənin sürətləndirilməsi istiqamətində  Azərbaycanın bir sıra  təkliflərlə  çıxış etidyini də dilə gətirib.  Dövlət başçısı qeyd edib ki,  bu layihənin icra olunması nəticəsində Hindistan və Pakistandan yüklər İran, Azərbaycan üzərindən keçməklə Rusiyaya, oradan isə Şimali Avropaya və əksinə yüklər daşınacaq. Bu, intensiv  yükdaşımalara təkan verməklə yanaşı, ölkənin əhəmiyyətini artıracaq.

Onu da qeyd etmək lazımdır ki,  Hindistandan, Rusiya və Avropaya  dəmiryol xətinin çəkilişi ideyası düz 400 ildir gündəmdədir və ancaq bu ideya indi həyata keçirilir. Belə  mühüm layihənin reallaşması isə Azərbaycanı əhəmiyyətli  bir qovşağa çevirəcək.

Belə bir əhəmiyyətli layihənin reallaşamsı nəticəsində Azərbaycan dəmiryol sisteminin İran dəmiryol sisteminə inteqrasiya olunması isə Ermənistan tərəfindən kəskin reaksiya ilə üzləşdi. Nəticədə Ermənistan nəqliyyat  dəhlizi uğrunda Azərbaycana qarşı “müharibə”yə başladı. Astara(Azərbaycan)-Astara(İran) dəmiryol xəttinin istifadəyə verilməsi  digər regional layihələrin, xüsusən də, İran-Ermənistan dəmiryol xəttnin çəkilişinin üzərindən  xətt çəkmiş oldu. Nəticədə İran-Ermənistan dəmiryolu xəttinin iqtisadi effektivliyi sıfıra bərabər olduğundan, Tehran  bölgədə ikinci təkrarolunan belə bir layihədən imtina etməli oldu.

“Azərbaycan Dəmir Yolları” QSC isə daha irəli gedərək, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin başa çatmasını gözləmədən müvəqqəti olaraq yükdaşımalar uğrunda mübarizəyə başlayıb. Bu məqsədlə  “Azərbaycan Dəmir Yolları” QSC xüsusi bir mexanizm də hazırlayıb və onu reallaşdırmağa başlayıb. Belə ki, yüklər dəmiryolu vasitəsi ilə Hindistandan   İranın Rəşt şəhərinə gətiriləcək, oradan avtomobillə Astaraya (İran) və buradan da yüklər yenidən qatarala ünvanlara çatdırılacaq. Bu mexanizmə əsasən yüklərin Azərbaycandan əks istiqamətə, yəni, İrana və Hindistanadək daşınması  nəzərdə tutulur.  Ötən il bu planın rellaşdırılması özünün effektivliyini doğrultdu. Nəticədə minlərlə ton yük Azərbaycan üzərindən keçməklə, İrandan Rusiyaya daşınıb.

Digər əsas məqam   isə ondan ibarətdir ki, Azərbaycan  yükdaşımaların şaxələndirilməsi məqsədi ilə bu sxemə “Qərb-Cənub” dəhlizini də əlavə edib və bu istiqamətdə real addımlar atıb. Qeyd edək ki, bu marşrut da çox cəlbedici və səmərəlidir. Çünki  bu dəhliz Hindistan-İran-Azərbaycan-Gürcüstan-Qara dəniz-Avropa ölkələrini birləşdirir. Artıq bu məqsədlə Astara (Azərbaycan) – Batumi(Gürcüstan) xətti ilə ötən il minlərlə ton yük daşınıb. Batumdan isə  Qara dəniz vasitəsi ilə yüklər ünvana çatdırılıb. Bu marşrutla ilk mərhələdə ayda 10 min ton yükün daşınması nəzərdə tutulur. Növbəti mərhələdə isə “Qərb-Cənub” dəhlizi ilə bu yükün bir neçə dəfə artırılması nəzərdə tutulur.

Yeni İpək Yolu bizə nə vəd edir?..

Azərbaycan  yeni İpək Yolu olan “Şərq-Qərb” dəhlizi ilə yükdaşımalarda aktiv iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev Çinə səfəri zamanı digər məsələlərlə yanaşı, Yeni İpək Yolu layihəsinin aktiv fazaya çatdırılması istiqamətində məsələləri ciddi müzakirə edib. Çinin dəstəyi ilə yaradılan və Yeni İpək Yolu kimi tanınan  “TransAsiya”  dəhlizi çox mürəkkəb struktura malikdir. Çin-Qazaxstan-Azərbaycan-Gürcüstan-Avropa. İkinci xətt isə Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsi ilə Avropa və Aralıq dənizinə çıxış. Bu xəttlər Azərbaycan üçün çox böyük dvidentlərə malikdir ki, bu məsələlər  də Çin dəmiryolçuları ilə müzakirə olunub.

Yükdaşımalar təkcə dəmiryol və digər  sektorun inkişafına deyil, eyni zamanda, dəniz yükdaşımaçılığının da inkişafına öz töhfəsini vermiş oldu. Nəticədə 2016-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC ilə Bakı Dəniz Limanının birgə aktiv  fəaliyyətinə təkan verdi. Bu məqsədlə Türkmənistandan  Qara dənizədək  karbamid daşınması  testi həyata keçirildi.  Görülən tədbrilər nəticəsində dəmiryolçulatımız Türkmənistandan  rekord səviyyədə yükdaşımaya nail oldular.  Ötən il Türkmənistandan yükdaşımaların həcmi 300 min ton olub.

2017- cildə  “Bakı-Tiflis-Qars” dəmiryol tikintisinin istifadəyə verilməsi nəzərdə tutulub. BTQ dəmiryol xəttinin çəkilişi ilə bağlı   Azərbaycan və Gürcüstan  ərazisində işlər tamamilə yekunlaşsa da,  ancaq işlərin  Türkiyə ərazisində zəif getməsi nəticəsində yolun istifadəyə verilməsi yubanır. BTQ istifadəyə verildikdən sonra ilk mərhələdə 6,5 milyon ton yükün və bir milyon sərnişinin daşınması  nəzərdə tutulur. Bununla da,  Azərbaycan birbaşa Avropa bazarına çıxış əldə edəcək. BTQ-nin ən pik  yükdaşıma həddi isə ildə 17 milyon ton nəzərdə tutulur.

Sürət yeni düşüncəni formalaşdırır...

Bölgədə tranzit yükdaşımalarının inkişaf etməsi  “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında yeni perspektivlər açmaqla yanaşı, bir sıra vəzifələr də yoqur. Bunlardan biri də  sürətli sərnişindaşıma konsepsiyasının reallaşdırılmasıdır.  Burada dəmiryolçuların qaşısında duran əsas vəzifə  sərnişinlərin qısa zamanda mənzil başına çatdırılmasıdır. Bu gün dünyanın müxtəlif ölkələrində- Qərbdə, ABŞ-da, Türkiyədə, Yaponiyada və digər ölkələrdə şəhərlərarası sürət qataraları mövcuddur  Bu qatarların  sürəti 400-500 km/saatdır. Düzdür, Azərbaycan dəmiryol sistemi SSRİ-nin dəmiryol sisteminin tərkib hissəsi olduğundan Avropa və ABŞ standartlarına adaptasiyası mümkün deyil. Azərbaycanın dəmiryollarının  Avropa standartlarına cavab verməsi üçün işlərin görülməsinə  milyardlarla  dollar tələb olunur ki, bu vəsait də ölkənin imkanları xaricindədir. Bununla belə, Azərbaycan hökuməti onu da yaxşı anlayır ki,  gec-tez dəmiryol sistemi dünya standartları səviyyəsində qurulmalıdır. Odur ki,  Azərbaycan yaxın gələcəkdə bu istiqamətdə səylərini artıracaq. Ona görə də artıq Azərbaycan tədricən bu prosesə start verib və işlərə başlayıb.

elektrik

Bunun ilk mərəhələsi kimi, 2015-ci ildə Bakı-Sumqayıt sürət elektrik qatarı xəttə buraxılıb. Bununla da, Bakı-Sumqayıt avtomagistralındakı tıxac  və sıxlıq problemi müəyyən qədər həll olunub. Əhali də  rahat, komfort şəkildə mənzil başına çatması üçün  bu alternativ nəqliyyat vasitəsinə üstünlük verməkdədir. Məhz bunun nəticəsidir ki, qısa zamanda bu sərnişin vasitəsindən istifadəçilərin sayı bir milyonu keçib. “Azərbaycan Dəmir Yolları”QSC yaxın gələcəkdə  sərnişindaşımanı bir neçə dəfə artırmaq üçün  yeni marşrutlar üzərə qatarların buraxılmasını nəzərdə tutur. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları”QSC 2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarını işə salamq isətyir və bu istiqamətdə işlərini görür. “Azərbaycan Dəmir Yolları”QSC  Gəncə-Bakı marşrutu üzrə xəttə sürət qatarları buraxarsa, onun sürət həddi saatda 100-140km/saat olacaq. Azərbaycanın dəmiryolları isə hələlik saatda 400-500 km/saat sürətlə hərəkət edən qatarların hərəkətinə imkan vermir. Bu xətt üzrə qatarların sürət həddinin 110-140km/saat arasında olması isə normaldır və avtomobillə getməkdən daha  asan və sərfəlidir. Sürət qatarlarının xəttə buraxılması isə böyük pulların axması deməkdir. Belə qatarların xəttə buraxılması  zamanı  ilk növbədə  sərnişin rentabelliliyi nəzərə alınmalıdır. Azərbaycanda  sürət qatarlarının  xəttə buraxılması  məsələsinin tətbiqi zamanı Avropa təcrübəsi də öyrənilməlidir. Burada təkcə sürət həddi deyil, eyni zamanda, qiymətlər də mühüm rol oynayır. Baxın, Bakı-Sumqayıt elektrik qatarınada gediş haqqı 80 qəpikdir və 40 km-lik məsafə üçün çox ucuzdur. Amma dünyanın başqa şəhərlərində belə məsafəyə gedən qatarlarda qiymətlər Azərbaycandakından dəfələrlə bahadır. Məsələn, Rusiyada “Aeroekspress” qatarlarında 45 km məsafənin qiyməti Azərbaycan manatı ilə 6,3, Estoniyada şəhərlərarası 36 km məsafəyə biletin qiyməti 3,35 AZN edir. Başqa ölkələrdə də bundan bir neçə dəfə bahadır. Bakı-Sumqayıt arasında  real qiymət 5-6 manat civarında olsa da, 80 qəpiyədir. Bakı-Gəncə arasındakı dəmiryol xəttinə buraxılacaq  sürət qatarına gəldikdə isə  qiymət dəqiqləşmyib. İlkin dəyərləndirmələrə görə,  biletin 15 manat  həcmində müəyyənləşdirilməsi nəzərdə tutulur.  İndiki mərhələdə isə sürət qataralarına biletlərin maya dəyərindən  ucuz qiymətlərə satılması ciddi maliyyə itkiləri deməkdir. Azərbaycan öz iqtisadi durumunu təmin etdikdən sonra  şəhərlərarası sürət qatarlarının xəttə buraxılması öz effektini verəcək. Bu da  büdcəyə əlavə gəlirlərin gəlməsi deməkdir. Özü də böyük miqdarda…Bundan əlavə olaraq “Azərbaycan Dəmir Yolları”QSC-nin qarşısında duran əsas vəzifələrdən biri də Cənubi Qafqazdakı dəmiryolunun əhəmiyyətinin ciddi surətdə dəyişməsidir. “Azərbaycan Dəmir Yolları”QSC  yeni model qatarlar  xəttə buraxmaqla, təkcə bu günün deyil, həmçinin, sabahın  çağırışlarına uyğun  fəaliyyətini qurmalıdır. Qurum bu istiqamətdə də işlərini davam etdirməkdədir.

naxcivan_demir_yolu_231216Müxalifətin süngüsü…

“Azərbaycan Dəmir Yolları”QSC -nin ötən ildə ən uğurlu layihələrindən biri də Naxçıvan-Məşhəd  qatarının işə salması oldu. Naxçıvan-Məşhəd qatarının işə düşməsi isə sosial şəbəkələrdə daha çox müxalifyönlü insanların süngüsü ilə qarşılandı, xüsusən də,  qatara biletin baha olması ilə bağlı iradlar yer aldı. Bu iradlara qarşı ən adekvat cavab elə “Azərbaycan Dəmir Yolları”QSC-nin rəhbəri Cavid Qurbanov tərəfindən gəldi. O,  rəhbərlik etdiyi qurumun 2016-ci ilin yekunlarına  həsr olunmuş iclasında bildirib ki, Naxçıvan-Məşhəd  qatarı işə düşən ilk gün onlarla insan bu xəttdən istifadə edərək İrana səfər edib. C. Qurbanov  əlavə edib ki, onun rəhbərlik etdiyi təşkilat Naxçıvanın dəmiryol sisteminin inkişaf etdirilməsinə çalışır  və bu xəttin Azərbaycanla birbaşa birləşdirilməsi istiqamətində  işlərini davam etdirir.

Ölkə başçısı İlham Əliyev isə  hökumətin 2016-ci ilin yekunlarına həsr olunmuş toplantısındakı  çıxışında   Naxçıvan-Məşhəd qatarının işə düşməsini  mühüm  tarixi hadisə hesab edib. Ölkə başçısı deyib ki, bununla da, Naxçıvanın dəmiryolu blokadadan çıxmış oldu. Prezident İlham Əliyev çıxışında  onu da əlavə edib ki, “Şimal-Cənub” dəmiryolu xətti tam fəaliyyətə düşdükdən sonra  Naxçıvan İran vasitəsi ilə Azərbaycan dəmiryol sisteminə qoşulacaq. “Ona görə də biz istəyirik ki, bu layihə  maksimum dərəcədə tez reallaşsın. Bundan sonra Naxçıvanda istehsal olunan məhsullar heç bir maneə ilə üzləşmədən dünya bazarına çıxacaq ki, bu da insanlara əlavə imkanlar yaradacaq”- deyə, ölkə başçısı bildirib.

bak-tib-qars

Bütün bunlarla yanaşı, Azərbaycanın Ermənistanla faktiki müharibə vəziyyətində olması Cənubi Qafqaz bölgəsində daha əhəmiyyətli layihələrin icrasına imkan vermir. Amma buna baxmayaraq, Azərbaycan sabaha baxaraq öz iqtisadiyyatının inkişaf təməlini indidən qurmalıdır. Münaqişə tənzimləndikdən sonra bu iki ölkə arasında ilk olaraq  nəqliyyat dəhlizlərinin yaradılması  olacaq. Ermənistan bu gün işğalçı siyasəti ilə özünü blokada  şəraitinə salıb. İrəvanın işğlaçılıq siyasəti Ermənistanı “Bakı-Tiflis-Qars dəmiryol” layihəsindən kənar qoymaqla  yanaşı, özünün də İranla dəmiryol layihəsinin reallaşdırılmasında gücsüzlyünü ortaya qoymuş oldu. Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması Naxçıvanla Azərbaycan, Naxçıvan-İran-Ermənistan  dəmiryol əlaqələrinin yaradılmasını şərait yaradacaq. Cənubi Qafqazda  ərazi bütövlüyü  ilə bağlı problemlər aradan qalxdıqdan sonra bölgədə yeni geosiyasi reallııq yarancaq ki, bu da öz növbəsində yeni nəqliyyat logistik konsepsiyaları gündəmə gətirəcək.

Yorulmaq olmaz…

Ötən ilin fəaliyyəti bir daha göstərdi ki, “Azərbaycan Dəmir Yolları”QSC növbəti illərlə bağlı öz  fəaliyyət istiqamətlərini müəyyənləşdirib və işlərini də bu istiqamətdə qurmaqdadır. Qurum Azərbaycanda yükdaşımaların həcmini artırmaqla yanaşı, sürət qatarları ilə sərnişindaşımada yeni konsepsiyalarının tətbiqi  üzərində işləyir. Ötən ilin fəaliyyəti bir daha göstərdi ki, “Azərbaycan Dəmir Yolları”QSC regionun  yeni arteriyasını  müəyyən etməklə, onun lokomotivinə çevrilməyə çalışır.  Bütün bunlar  böyük zəhmət tələb edir. Ancaq bu yolda yorulmaq olmaz… Hələ böyük işlər qarşıdadır.






Fikirlər