Putindən Əsədə tələb: “Atəşi DAYANDIR"

Putindən Əsədə tələb: “Atəşi dayandır

Rusiya Suriya prezidenti Bəşər Əsədə səslənərək atəşkəsə riayət etməyə, bombardmanları dayandırmağa çağırıb. 

Cebhe.info xəbər verir ki, bunu BMT-nin xüsusi təmsilçisi Staffan de Mistura bildirib. Cenevrədə Suriya danışıqları ərəfəsində Rusiyanın belə bir tələblə hər iki tərəfə müraciət etdiyi deyən BMT nümayəndəsi "Rusiya Əsəd rejimindən Cenevrədəki danışıqlar boyunca rəsmi olaraq hava hücumlarını dayandırmağı istəyib” deyə vurğulayıb. 
Hazırlanması nəzərdə tutulan yeni konstitusiya ilə bağlı danışan Mistura "Konstitusiya hazırlanması ancaq Suriya xalqının iradəsindən asılıdır və onların haqqıdır. Nə bizim, nə də başqasının belə bir haqqı yoxdur” deyib. 
Astanada əldə edilən razılaşmaya uyğun olaraq atəşkəsin dayandırılmalı olduğunu deyən Mistura bu görüşlərin davamlı olmasını arzu edib.






Fikirlər