“Avropa da faşizmə boyun əydi” – Türk REJİSSOR

1ad7fc40301a8e85e30bf5917a36b044

“Hollandiya kimi Avropa Parlamenti də faşizmə boyun əydi”.

Axar.az xəbər verir ki, bu sözləri rejissor Sərdar Qaragöz deyib.

Onun sözlərinə görə, Türkiyənin məşhur qəzetlərindən olan “Deyli Sabah”ın Avropa Parlamentində qadağan olunması Avropa faşizminin bir daha sübutudur:

“Biz gördüyümüz işin sonuna kimi arxasındayıq. Amma AP-də qəzetimizin yayımının qarşısını alanlar sona kimi öz işlərinin arxasında dayanmağı bacarmırlar. Çünki əsaslı səbəbləri yoxdur.

Bu qadağa Avropanın əsl üzünü göstərmiş oldu. Artıq danışmaq növbəsi Türkiyəyə keçib. İndi biz danışacayıq, onlar dinləyəcəklər. İfadə azadlığını, demokratiyanı, insan hüquqlarını Avropa faşizmi qarşısında bizlər müdafiə edəcəyik”.
Qeyd edək ki, “Deyli Sabah”ın Avropa Parlamentində yayımına qadağa qoyulub.






Fikirlər